DÜNYA ÇEMPİONATI
-
Millimiz ikinci səbətdə
Xəbər verdiyimiz kimi, iyunun 19-da, Bakı vaxtı ilə saat 15:00-da 2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə əsas mərhələnin püşkü atılacaq. 36 komanda hər birində 12 milli olmaqla 3 səbətə bölünüb. Püşkdən sonra hər qrupda 3 komanda yer alacaq və onlar ev-səfər prinsipi ilə qarşılaşacaqlar. 12 qrup qalibi və ən yaxşı göstəriciyə malik 4 “ikinci” elit raunda birbaşa vəsiqə əldə edəcək. Qalan 8 qrup ikincisi pley-off oyununda iştirak edəcək və qalib gələn 4 milli elit raunda vəsiqə qazanacaq.
Millimiz 2-ci səbətdə yer alıb. Bu mərhələdə komandamızın rəqibləri arasında Macarıstan, Belarus, Gürcüstan, Belçika, Slovakiya, Finlandiya, Serbiya, Rumıniya, Bosniya və Herseqovina, Moldova, Almaniya yığmaları olmayacaq. UEFA İcraiyyə Komitəsinin qərarı ilə 1-ci səbətdə yer alan komandalardan isə Ermənistan yığması komandamızla rəqib ola bilməz. Rusiya yığması ilə bağlı cəza saksiyası isə davam edir.
-
Millimiz DÇ-2028-ə əsas mərhələdən başlayacaq
2028-ci ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə gələn ilin aprelində start veriləcək. Sabah - dekabrın 12-də isə ilkin mərhələnin püşkü atılacaq. Azərbaycan millisi yenə mübarizəyə əsas mərhələdən başlayacaq. Belə ki, komandamız UEFA-nın açıqladığı reytinq cədvəlinin 25-ci pilləsində yer alsa da, Rusiyanın cəzalı olması və yarışlardan kənarlaşdırılması millimizə mübarizəyə əsas mərhələdən başlayacaq 24 iştirakçıdan biri olmaq şansı yaradıb. Onu da qeyd edək ki, Avropa zonasından DÇ-2028-də 7 komanda iştirak edə bilər. Əgər 2028-ci il oktyabrın 7-dən 29-dək baş tutacaq yarışa Avropa qitəsində yer alan ölkələrdən biri evsahibliyi etmək hüququ qazanarsa, bu zaman seçmə mərhələlərdən 7 yox, 6 komanda vəsiqə qazanacaq.
-
“Topladığımız xal komandamızın gücünə uyğun deyil”
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində bu gün Niderlandla keçirilən oyun haqda danışan millimizin baş məşqçisi Vitali Borisovun azfutzal.az-a açıqlaması:
-
Niderland - Azərbaycan: Fotolar
-
Millimiz mübarizəni dayandırıb
DÇ-2024-ün elit-raund mərhələsində bu gün Azərbaycan millisi Niderland yığması ilə qarşılaşıb. Növbəti mərhələyə yüksəlmək şansını az da olsa davam etdirən komandamıza bu dueldən qalib ayrılmaq lazım idi. Səfərə yollanan heyət üzvlərindən Fərid Atakişiyev səhhətində yaranmış problemlə əlaqədar oyunda iştirak etməyib. Almere şəhərində keçirilən matçın taleyini birinci hissəsində vurulan qollar həll edib. Qələbə qazanan meydan sahibləri qrup mərhələsini ikinci pillədə başa vurmağı bacarıb.
-
Niderland – Azərbaycan: Heyətlər
DÇ-2024-ün elit-raund mərhələsində bu gün keçiriləcək Niderland – Azərbaycan oyunu üçün komandaların heyətləri:
-
Oyunu izləmək üçün link
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində keçiriləcək Niderland – Azərbaycan oyununu tamaşaçılar bu link vasitəsilə izləyə bilərlər:
-
Bu gün saat 21:30: Niderland - Azərbaycan
Azərbaycan milli komandası dünya çempionatının elit-raund mərhələsində bu gün son oyununu keçirəcək. Futzalçılarımız Niderlandın qonağı olacaq.