AFF
-
BOK futzalı Oyunların proqramına daxil etdi
Beynəlxalq Olimpiya Komitəsi 2022-ci ildə Seneqalın paytaxtı Dakarda təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının proqramına futzalı da əlavə edib. Qərara əsasən, 28 idman növündən biri də futzal olacaq ki, burada da həm oğlanlardan, həm də qızlardan ibarət milli komandalar yarışacaq. Gender bərabərliyini təmin edən komitə ilk dəfə olaraq komandaların sayının bərabər olmasına qərar verib. Yəni, həlledici mərhələdə 10 oğlan və bir o qədər də qızlardan ibarət milli yarışacaq.
Qeyd edək ki, BOK ilk dəfə 4 il əvvəl - Buenos Ayresdə keçirilən oyunların proqramına futzalı da daxil etmişdi.
-
Elçin Səmədliyə ilk beynəlxalq təyinat
-
"Qış transfer pəncərəsi" yanvarda açılacaq
-
Millimizin üzvü ən yaxşılar sırasında
Futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges Fransa futzal liqasında çıxış edən ən yaxşı 5 legionerdən biri seçilib. Belə ki, ilin yekunu ilə əlaqədar səsvermə keçirilib. Yekunda millimizin üzvü “5-lik”də yer alıb.
Qeyd edək ki, Eduardo 2018-ci ilin yayından Fransanın "Access Futsal" klubunda çıxış edir
-
Yüksək Liqanın oyunu Qubada
Yüksək Liqanın XIV turu çərçivəsində keçiriləcək “Premier” (Quba) – “Araz” oyununun məkanı müəyyənləşib. Qarşılaşma Qubada yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin İdman kompeksində keçiriləcək. Görüş dekabrın 25-də saat 14:00-da başlayacaq və CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Yüksək Liqanın debütantı olan əyalət təmsilçisi oyunun Qubada keçirilməsi ilə bağlı Azərbaycan Futzal Federasiyasına müraciət ünvanlamışdı. Vəziyyəti dəyərləndirən və idman kompleksinə baxış keçirən qurum qarşı tərəfin müraciətini müsbət cavablandırıb.
-
Əlamətdar qələbə
Azərbaycan milli komandası dünya çempionatlarında 25-ci oyununu keçirib. Bunadək seçmə, pley-off və final mərhələlərində 24 matç keçirən yığmanın yubiley oyunu Moldova ilə görüşə təsadüf edib. Komandamız hesabda geri düşdüyü qarşılaşmada dönüş yaradaraq 3:1 hesablı qələbə qazanıb. Yubiley oyununda qalib gələn milli 25 matçda 11 qələbə qazanıb, 6 heç-heçə edib və 8 dəfə uduzub. Rəqib qapısından 111 top keçirən futzalçılarımız 81 qol buraxıblar.
-
Transfer pəncərəsinin son günü
Bu gün mövsümlərarsı “yay transfer pəncərəsi”nin son günüdü. Klublar heyətlərinə cəlb etdikləri oyunçuları günün sonuna qədər qeydiyyatdan keçirməlidirlər. Növbəti – “qış transfer pəncərəsi” isə yanvar ayında açılacaq.
-
Monteneqro yığması turnirdə iştirak edəcək