AFF
-
AFF-nin iclası keçirilib
-
Play-off mərhələsinin oyunlarının tarixləri açıqlanıb
Yüksək Liqada play-off mərhələsinin oyunlarının tarixləri açıqlanıb.
-
“Sumqayıt” futzal məktəbinin açılışı olub (fotolar)
“Sumqayıt” Futzal Məktəbinin açılışı olub. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilmiş açılış mərasimində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, “Sumqayıt” FK-nın prezidenti Riad Rəfiyev, Müşahidə Şurasının üzvləri Abdulla Məmmədov, Telman Salahov, Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin rəisi Elgün Hümbətov, futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva, millinin üzvləri Rizvan Fərzəliyev və Vitali Borisov iştirak edib. 60-dan çox uşaq futzalçının üzv olduğu məktəbdə məşqlər hələlik həftədə 2 dəfə keçirilir.
-
Millinin oyunları ilə əlaqədar təqvimdə dəyişiklik edilib
Milli komandanın aprelin 10-dan 17-dək Latviya və Serbiya yığma komandaları ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunlarını nəzərə alan Azərbaycan Futzal Federasiyası Yüksək Liqanın təqvimində dəyişiklik edib. Belə ki, 24-cü, 25-ci, 26-cı və 27-ci turun oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 5-də, 12-də, 19-da və 26-da yox, aprelin 2-də, 6-da, 23-də və 27-də keçiriləcək.
-
Azərbaycan U-19 - Türkiyə U-19 (video)
-
“Transfer pəncərəsi” bu gün bağlanacaq
Futzal üzrə ölkə çempionatının bütün liqaları, eləcə də Azərbaycan kuboku üçün “transfer pəncərəsi” bu gün bağlanacaq. Klublar heyətlərinə cəlb etdikləri oyunçuları günün sonuna qədər qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə, onların yeni klublarında çıxışına icazə verilməyəcək.
Qeyd edək ki, qış “transfer pəncərəsi” yanvarın 3-dən açıqdı.
-
“Şərq” də adını dəyişdi
-
20 Yanvar – Ümumxalq Hüzn Günüdür
20 Yanvar – Ümumxalq Hüzn Günüdür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə törədilmiş faciəvi hadisədən bu gün 29 il ötür.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!