AFF
-
AFF başsağlığı verir
-
AFF təbrik edir
Azərbaycan Futzal Federasiyası 22 iyul - Milli Mətbuat günü münasibətilə Kütləvi İnformasiya Vasitələri nümayəndələrini təbrik edir, yaradıcılıq uğurları arzulayır. Bayramınız mübarək!
-
İcraiyyə Komitəsinin iclası keçirilib
Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
-
“Transfer pəncərəsi” açılıb
Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda “transfer pəncərəsi” bu gün açılıb. Komandalar avqustun 31-nə qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.
-
Bayramınız mübarək!
Azərbaycan Futzal Federasiyasının rəhbərliyi 28 May – Respublika Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq, firavan günlər arzulayır.
Bayramınız mübarək!
-
“Araz”da növbəti ayrılıq
Bir neçə gün əvvəl yenidən çempion olan “Araz”ın heyətində ayrılıqlar davam edir. Xətai Bağırovdan sonra Mohammadtaha Neyməti də özünə yeni komanda tapıb. Qış fasiləsində çempionun heyətinə qoşulan və oyunu ilə qızıl medalların qazanılmasında payı olan iranlı legioner vətəninə dönüb. O, İran çempionatının iddialılarından hesab edilən Saveh şəhərinin “Saniç” komandası ilə anlaşıb.
“Saniç” son mövsümü beşinci pillədə başa vurub.
-
AVRO-2022 ilə bağlı qərar Bakıda qəbul ediləcək
Mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Həmin gün paytaxtımızda ilk dəfə olaraq UEFA İcraiyyə Komitəsinin iclası da baş tutacaq. İclasın Gündəlik məsələlərindən biri də futzalla bağlıdır. Belə ki, final mərhələsi 2022-ci ildə keçiriləcək Avropa çempionatının formatı ilə bağlı qərar qəbul ediləcək.
Qeyd edək ki, artıq Avropa çempionatı 4 ildən bir keçiriləcək və 2022-ci ildə baş tutacaq final mərhələsində əvvəlki kimi 12 yox, 16 komanda mübarizə aparacaq.
-
ADBTİA respublika birinciliyinin qalibi olub (fotoreportaj)
AFFA-nın, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş ali və orta ixtisas müəssislərinin tələbələri arasında keçirilən futzal üzrə respublika birinciliyinə yekun vurulub.