Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində martın 9-da, saat 20:30-da Çoresku İdman zalında keçiriləcək Moldova – Azərbaycan oyununun hakimləri müəyyənləşib. Polşadan olan referilərin idarə edəcəyi görüşün UEFA nümayəndəsi serb Zoran Dimiç olacaq.
Hakimlər: Damian Qrabovski (Polşa), Dominik Çipinski (Polşa), Viktor Bugenko (Moldova)