Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək. Komandamız Borgloon şəhərində Belçika yığmasının qonağı olacaq. Bakı vaxtı ilə saat 17:00-da başlayacaq oyun azarkeşlər üçün qapalı keçiriləcək. Yüngül zədəsi olan İsa Atayev matçda iştirak etməyəcək. Görüşü yerli hakimlər briqadası idarə edəcək.
Belçika – Azərbaycan
Beynəlxalq yoldaşlıq oyunu
17 yanvar. Borgloon. Saat 17:00
Hakimlər: İbrahim Eljilali, Juan Boelen, Kris Feytons