...

İntizam Komitəsinin qərarları


 7 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Araz” – “Yasamal” FK matçında “Yasamal” FK klubunun rəhbəri Orxan Allahverdiyev rəqib komandanı təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır (maddə 42.1).

14 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının “Xəzər Cənub” – “Araz” matçının 28-ci dəqiqəsində “Xəzər Cənub” klubunun 15 №-li futzalçısı Hadı Rezvan ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 32-ci dəqiqəsində “Araz” klubunun 1 №-li futzalçısı Kamran Hacıyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

16 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Metropoliten” – AZMİU matçının 30-cu dəqiqəsində “Metropoliten” klubunun 4 №-li futzalçısı Mahir Rəsulov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır (maddə 37.1).

16 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının Birinci Liqasının “Yasamal” FK B – “Standard” matçında “Yasamal” komandası iştirak etmədiyinə görə  kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

18 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Avanqart” – “Bibi-Heybət” matçının 22-ci dəqiqəsində “Avanqart” klubunun 9 №-li futzalçısı İlham İsmayıllı ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).

Oyunun 23-cü dəqiqəsində “Bibi-Heybət” klubunun 20 №-li futzalçısı Əsgər Bunyatov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır  (maddə 38.2).

20 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Bakel Tilly” – “Avanqart” matçının 15-ci dəqiqəsində “Bakel Tilly” klubunun 9 №-li futzalçısı Rüstəm Bağırzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır (maddə 42.3).

25 noyabr 2018-ci il, futzal üzrə Azərbaycan çempionatının İkinci Liqasının “Hövsan” – “STAR karqo” matçının 29-cu dəqiqəsində “Hövsan” klubunun 8 №-li futzalçısı Fuad Mürşüdov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır (maddə 48).