...

Dünya çempionatının püşkü atılacaq


Dekbarın 12-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında 2020-ci ildə keçiriləcək futzal üzrə dünya çempionatının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Püşkdə Azərbaycan Futzal Federasiyasını AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov təmsil edəcək.

Qeyd edək ki, millimiz mübarizəyə əsas mərhələdən başlayacaq. Bu mərhələnin oyunları gələn il 22-29 oktyabr tarixlərində keçiriləcək. Elit-raundun püşkü noyabrın 7-də, oyunları isə 2020-ci il yanvrın 28-dən fevralın 2-dək təşkil ediləcək. Dünya çempionatının final mərhələsinə isə 2020-ci ilin 12 sentyabr – 4 oktyabr tarixlərində Litva evsahibliyi edəcək. Əsas mərhələnin oyunlarının Bakıda keçirilməsi üçün AFFA namizədliyini irəli sürüb.