Birinci Liqada IX turdan təxirə salınmış oyunun keçiriləcəyi tarix müəyyənləşib. U-19 – “Abşeron” qarşılaşması dekabrın 6-da, saat 18:30-da Bakı İdman Sarayında keçiriləcək. Matçı Anar Fərəcov və Rahin Heybətov idarə edəcək. Hakim-inspektor Ramiz Əsədov olacaq.
Xatırladaq ki, bu matç U-19-un Tbilisidə gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirdiyinə görə təxirə salınmışdı.