Birinci Liqada XV turun oyunları keçirilib. Tura heç-heçə ilə start verilib. Əvəzində U-19 qələbə qazanıb. Elə AZMİU da aktivinə 3 xal yazdırıb. Son tura qədər turnir cədvəlinin şərikli lideri olan “Baku Fire” isə rəqibini meydana çıxmağa peşman edib. Turun ikinci oyun günündə maraqlı nəticə qeydə alınıb. “Baku Fire”lə zirvəni bölüşən ADBTİA mövsümü yarılayan oyunda büdrəyib. “İlk 3-lüy”ü qapayan “Standard” rəqibini məğlub etməklə zirvədəki ikihakimiyyətliliyə də son qoyub. Nəticədə “Bakı Fire” “qış çempionu” olub. “Standard” ikinci pilləyə yüksəlib. “Abşeron” – “Metropoliten” dueli birincilərin gəlməməsi üzündən baş tutmayıb. Məsələyə İntizam Komitəsi aydınlıq gətirəcək. Ölkəmizi Almaniyanın Ştutqart şəhərində təşkil ediləcək Çempionlar Liqasında təmsil edəcək “Ulduz” komandası isə “Şərq”lə münasibətlərinə aydınlıq gətirib və böyükhesablı qələbəyə sevinib. Tur başladığı hesabla da yekunlaşıb.
Füzulu FK - Çinar Cəbrayıl 4:4
U-19 - Yasamal FK B 4:2
AZMİU - Baku Fans 5:1
Baku Fire - Sovetski FK 19:3
ADBTİA – Standard 3:5
Şərq – Ulduz 0:12
Zəngilan FK - Green Log 4:4