XƏBƏRLƏR
-
İkinci Liqa, XXV tur: Oyun cədvəli
İkinci Liqada XXV turun oyun cədvəli açıqlanıb. Turun matçları mayın 15-də Olimpik Starda keçiriləcək.
-
Birinci Liqa, XXV tur: Oyun cədvəli
Birinci Liqada XXV turun oyun cədvəli açıqlanıb. Turun qarşılaşmaları mayın 12-də və 13-də Olimpik Starda keçiriləcək.
-
Rusiyanı Norveç millisi əvəzləyəcək
Xəbər verdiyimiz kimi, final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının əsas mərhələsinin püşkü iyulun 6-da atılacaq, qrup oyunları isə 2023-cu il martın 8-dək yekunlaşacaq.
-
6 ildən sonra qazanılan gümüş..
Cari mövsümü gümüş medalla başa vuran EKOL komandası 6 ildən sonra ən yaxşı uğurunu qazanmış oldu. Belə ki, “yaşıllar” sonuncu dəfə gümüşə 2015/16-cı il mövsümünün sonunda sahib çıxmışdı. Sonrakı illərdə dəfələrlə bürünc medal qazanan EKOL ölkə kubokunu da başı üzərinə qaldırmağı bacarıb. Amma çempionatdakı son 6 ildəki ən yüksək nəticəsini cari mövsümün sonunda əldə edib.
Qeyd edək ki, EKOL Yüksək Liqanın 2021/22-ci il mövsümünün final oyununda yenilməklə qızıl medal qazanmaq şansını əldən verib. Çempionatın əsas mərhələsində keçirdiyi 21 oyunun 16-da qələbə qazanan, bir görüşdə heç-heçə edən komanda 49 xalla ikinci pillənin sahibi kimi pley-offa vəsiqə qazanıb. Pley-offda isə "Neftçi" İK-nı 2 matçda yenən "yaşıllar" finalda oynamaq hüququ qazanıb.
-
Yüksək Liqa, mükafatlandırma: Video
-
“Kasad heyət üçün 3 nəfərin yoxluğu…”
Yüksək Liqada mövsümün ən yaxşı qapıçısı seçilən EKOL-un qolkiperi Emin Kürdovun azfutzal.az-a açıqlaması:
-
“Rəvan” ikinci pilləyə yüksəldi
Bu gün İkinci Liqada XXIV turun oyunları keçirilib. Mərkəzi oyunda “Baku Fire-3” və “Rəvan” komandaları üz-üzə gəlib. İkinci pillə uğrunda vacib dueldə qələbəni qonaqlar qazanıb. Matçda cəmi 1 qol vurulub. Bu nəticə sayəsində “Rəvan” ikinci pilləyə yüksəlib. Lider isə qış fasiləsindən sonra yüksəlişdə olan “Bibi_heybət”dən üstün olub. Əh məhsuldar oyunda “Timsport”la “Zülfüqar” hərəyə 7 qol vurub, bir o qədər də buraxıb. İSMA Baku, “Atletiko Baku” və “STAR kargo-2” də turu 3 xalla başa vurub. Borçalı – Hövsan görüşü ikincilərin təyin olan vaxtda meydana çıxmaması üzündən baş tutmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
-
"Heyətimizə əl gəzdirəcəyik"
Növbəti dəfə Azərbaycan çempionu olan “Araz-Naxçıvan”ın baş məşqçisi Joze Alesio Da Silvanın azfutzal.az-a açıqlaması: