AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Böyükhesablı qələbələr
Yüksək Liqada XVII turun oyunları keçirilib. İlk matçda son çempion “Araz-Naxçıvan”la ortabab “Şuşa” qarşılaşıb. Sarı vərəqə limitini doldurduğuna görə “Şuşa”dan Rüstəm Bağırov və Vladislav Vorobyev komandasına kömək edə bilmirdi. Fasiləyə qədər 7 cavabsız qol vuran “qırmızı-ağlar” ikinci hissədə daha məhsuldar olub. Turun ikinci oyununa isə “Neftçi” İK itkilərlə çıxmışdı. Nihad İsmayılov və Emil Həsənzadə sarı vərəqə limitini doldurduğuna görə matçı tribunadan izləyirdi. Hesabı lider açdı. Düzdür, gənclər 4 dəqiqə sonra hesaba bərabərlik gətirdi, amma “ağ-qaralar” qısa vaxtda 3 qol vurmaqla fasiləyə üstün yollandı. İkinci hissədə qolları sıralayan “Neftçi” turu böyükhesablı qələbə ilə başa vurdu. “Baku Fire” 3 xalı meydana çıxmadan qazanıb. Belə ki, “Lənkəran” komandası çempionatdakı çıxışını dayandırdığına görə, rəqibinə avtomatik qələbə yazılır.
Bu gün Yüksək Liqa, XVII tur
Bu gün Yüksək Liqada XVII turun oyunları keçiriləcək. İlk oyunun start fiti saat 15:30-da veriləcək.
Birinci Liqa, pley-off: Təyinatlar
Birinci Liqada pley-off mərhələsinin oyunlarına təyinatlar açıqlanıb. Hər iki matçın birinci hakimi FİFA referisidir.
Finalçılar müəyyənləşib
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Hər iki oyunda Yüksək Liqa təmsilçiləri qələbə qazanıb. “Neftçi” “Baku Fire-2”dən güclü olub. “Araz-Naxçıvan” isə böyükhesablı qələbə qazanmaqla ötən mövsüm finaldakı yenilginin də əvəzini çıxdı. Beləliklə həlledici matçda “Neftçi” İK və “Araz-Naxçıvan” qarşılaşacaq. Oyun mayın 21-də keçiriləcək.
Bu gün Azərbaycan kuboku, ½ final
Bu gün Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçiriləcək. Əvvəlcə mövsümü qızıl dublla başa vurmağı hədəfləyən "Neftçi" Birinci Liqanın iddialılarından olan "Baku Fire-2" ilə gücünü sınayacaq. Növbətu görüşdə isə ötən ilin finalçıları üz-üzə gələcək.
“Belə oyunlarda meydanda gördün iş vacibdir”
Bu gün Qazaxıstan yığması ilə qarşılaşan Azərbaycan millisinin üzvü Emil Həsənzadə azfutzal.az-a açıqlama verib:
Qazaxıstan - Azərbaycan: Qollar
Aprelin 15-də Qazaxıstan yığması ilə keçirilən oyunda fərqlənən Azərbaycan millisinin üzvləri - Ülvi Əliyev və Ədalət Ələkbərovun qolları
“Meydanda gördüyümüz yaxşı işlər bizə qələbəyə bərabərdir”
Bu gün keçirilən Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı komandamızın baş məşqçisi Yevgeni Kukseviçin azfutzal.az-a açıqlaması:
1
2
3
4
5
6
›
SONUNCU