XƏBƏRLƏR
-
İntizam Komitəsinin iclası keçirilib
-
Bu gün Yüksək Liqa, II tur
Bu gün Yüksək Liqada II turun oyunları keçiriləcək. Olimpik Starda ilk olaraq yenilənmiş "Şuşa" son çempion "Araz-Naxçıvan"la üz-üzə gələcək.
-
YL, II tur: U-19 - Şuşa (fotoreportaj)
-
Yüksək Liqa, II tur: Oyun cədvəli
Yüksək Liqada II turun oyun cədvəli açıqlanıb. Turun görüşləri sentyabrın 25-də, Olimpik Starda keçiriləcək
-
YL, I tur: Neftçi İK - Lənkəran (fotoreportaj)
-
YL, I tur: Baku Fire - Araz-Naxçıvan (fotoreportaj)
-
“Neftçi” və “Şuşa” qələbə ilə başladı
Bu gün Yüksək Liqada 2025-2026-cı illər mövsümünə start verildi. Turun ilk oyununda son çempion “Araz-Naxçıvan”la gümüş medalçı “Baku Fire” qarşılaşdı. Yenilənmiş heyətlərin dueli maraqla gözlənilirdi. Birinci hissədə üstünlük “qırmızı-ağlar”da olsa da, müdafiədə diqqətli oynayan “Baku Fire” 17-ci dəqiqədə hesabı açdı. Mövsümün ilk qolunu Kənan Manafov künc zərbəsindən başlanan “ev tapşırığı”nın davamında vurdu. Yeri gəlmişkən, ilk sarı vərəqə isə Murad Quluzadəyə göstərildi. Fasiləyə 10 saniyə qalmış hesab bərabərləşdi. Bu dəfə Luicci topa toxunmaqla status-kvonu bərpa etdi. İkinci hissədə də ssenari oxşar oldu. Yenə əvvəlcə qol sevincini “Baku Fire” yaşadı. Fərid Abbasov rəqib torunu silkələməklə komandasına üstünlük qazandırdı. Felipinyo final fitinə 3 dəqiqə qalmış bərabərlik qolunu vurdu. Beləliklə mərkəzi oyun heç-heçə başa çatdı.
Turun ikinci oyununda iddialı “Neftçi” debütant “Lənkəran”ı sınağa çəkib. Fasiləyə qədər 4 cavabsız top vuran “Neftçi” ikinci hissədə üstünlüyünü artırıb. Çempionatın ilk qırmızı vərəqəsi isə Vladislav Reznova göstərilib. 29-cü dəqiqədə isə Kamran Hacıyev Ümid Qəhrəmanovun penaltisini dəf edib. Yekunda böyükhesablı qələbə qazanan “Neftçi” çempionata 3 xalla başlayıb.
Günün son matçında heyətini təcrübəli futzalçılarla gücləndirmiş “Şuşa” yaş limiti ilə əlaqədar yenilənmiş U-19-la üz-üzə gəlib. Hesabı nominal qonaqlar açsa da, gənclər yığması ardıcıl 2 qol vurağı bacardı. Ancaq sonrakı dəqiqələrdə təcrübə gəncliyə üstünlük saxladı. Boş qapıya istiqamətlənən topu əli ilə çıxardan Oqtay Mahmudzadənin qırmızı vərəqə almağı da komandasına təsirsiz ötüşmədi. Görüş həm də Rüstəm Bağırovun dörd qol vurması və bombardirlər yarışına başçılıq etməsi ilə yadda qaldı.
-
İlk oyunda heç-heçə