XƏBƏRLƏR
-
Lider ən yaxın izləyicisindən üstün olub
Dünən və bu gün Birinci Liqada XIX turun oyunları keçirilib. Olimpik Starda əvvəlcə 31 mart –Azərbaycanlıların soyqırımı günü münasibəti ilə 1 dəqiqəlik sükut elan olunub. Daha sonra ilk görüşə start verilib. “Şuşa” cütün favoriti hesab edilsə də, qələbəni “Yasamal” qazanıb. “Dəstə Ordubad” da növbəti 3 xalını aktivinə yazdırıb. İddialılar qrupunda yer almağa çalışan “Alyans Qrup” orta pillələrdə qərarlaşan “Metropoliten”dən üstün olub. Qonşu pillələrdə qərarlaşan komandaların görüşündə isə “Baku Fire-2” sevinib.
Turun mərkəzi oyununda lider “Forza Neftçi” ilə ADBTİA üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada fasiləyə qədər hesab açılmayıb. İkinci hissənin gedişində ADBTİA meydanda azlıqda qalsa da, “Forza Neftçi” 2 dəqiqə ərzində say üstünlüyündən istifadə edə bilməyib. Hesab isə 28-ci dəqiqədə açılıb. Standart vəziyyətin icrası zamanı Təmraz Əmircanov rəqib torunu silkələyib. Bundan sonra qapıçını meydan oyunçusu ilə əvəzləyən “idmançılar” növbəti qolu buraxıb. Mərkəzdə itirilən topu Raqif Eyvazov boş qapıdan keçirməklə qələbəni təmin edib. “Standard” isə “Qarabağ-Füzuli” üzərində asan qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırmış olub. Son görüş isə “STAR kargo”nun çətin qələbəsi ilə yekunlaşıb.
-
“Baku Fire”dən əzmkar qələbə
Bu gün Yüksək Liqada XVII turun oyunları keçirilib. Günün ilk matçında “Neftçi” böyükhesablı qələbə qazanıb. Bu oyunda Oruc Baxşəlizadə və Oktay Rüstəmli hərəyə 7 qol vurub.
Turun ikinci oyunu kifayət qədər maraqlı keçib. Fasiləyə nominal meydan sahibləri hesabda üstün yollanıb. “Baku Fire” yalnız ikinci hissədə status-kvonu bərpa edib, hətta matçda ilk dəfə hesabda önə keçib. Üstünlüyünü sona qədər qoruyan qonaqlar əzmkar qələbə qazanıb.
Növbəti dueldə U-19 əsas millinin bazası hesab edilən “Araz-Naxçıvan”la gücünü sınayıb. Təcrübəli futzalçılardan qurulan lider fasiləyə qədər 5 cavabsız top vurub. Xüsusilə də bombardirlər yarışına başçılıq edən Maneka het-trik edib. İkinci hissəyə U-19 yaxşı başlayıb və 3 dəqiqə ərzində fərqi 3 topa endirib. Ancaq Alesionun drujinası gənclərin üstünlük qazanmasına imkan verməyib.
“Xilə” komandası təyin olunan vaxtda meydana çıxmadığına görə oyun baş tutmayıb. Nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək.
-
İkinci Liqa: Qollar
İkinci Liqada bombardirlər yarışına Nurəli Əsədov başçılıq edir. 35 qol vuran hücumçunun ən yaxın izləyicisi Muxtar Həsənovun aktivində 24, ilk “3-lüy”ü qapayan Abid Qasımovun isə 23 qol var.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada XVIII turdan sonra sarı vərəqələrin göstəricisi belədir:
-
İkinci Liqa, XVIII tur: Fotoreportaj
-
Bu gün, Yüksək Liqa, XVII tur
Bu gün Yüksək Liqada XVII turun oyunları keçiriləcək. Turun oyun cədvəlini diqqətinizə çatdırırıq:
-
İkinci Liqa, XIX tur: Oyun cədvəli
İkinci Liqada XIX turun oyun cədvəli açıqlanıb. Aprelin 3-də Olimpik Starda 7 matçdan 5-i baş tutacaq. Ölkə kubokunda çıxış edən “Advokat”ın “Zülfüqar”la, “Baker Tilly”in isə “Borçalı” ilə dueli qeyri-müəyyən vaxta təxirə salınıb.
-
“Baku Fire-3” mövqeyini möhkəmlətdi
İkinci Liqada XVIII turun oyunları keçirilib. Olimpik Starda əvvəlcə meydana lider və debütant çıxıb. Görüş “Advokat”ın böyükhesablı qələbəsi ilə başa çatıb. Mərkəzi matçda isə ilk “3-lük”də yer alan komandalar üz-üzə gəlib. Kifayət qədər gərgin keçən duelin taleyini 2 qol həll edib və 3 xalı aktivinə nominal qonaqlar yazdırıb. Bu qələbə sayəsində “Baku Fire-3” ikinci pillədəki mövqeyini möhkəmlətməklə yanaşı, liderlə xal fərqinin artmasına imkan vermədi. “Borçalı”, “Atletiko Baku”, “Rəvan” böyükhesablı qələbəyə sevinib. İSMA.M.A.Baku da turu 3 xalla qapayıb. Dalğa – STAR kargo-2 oyunu isə ikincilər təyin olunan vaxtda meydana çıxmadığına görə, baş tutmayıb. Oyunun nəticəsi ilə bağlı İntizam Komitəsi qərar verəcək.