XƏBƏRLƏR
-
“Yay transfer pəncərəsi” bağlanıb
Oktyabrın 10-da, saat 23:59-da Yüksək Liqada 2021-2022-ci il “yay transfer pəncərəsi” bağlanıb. Birinci və İkinci liqalarda bu müddət oktyabrın 20-də başa çatacaq. “Qış transfer pəncərəsi”nin müddəti barədə məlumat veriləcək.
-
İkinci Liqada mövsümə start verilib
Bu gün İkinci Liqada I turun oyunları keçirilib. Mövsümün ilk qələbəsini “Advokat” qazanıb. “Zülfüqar” – “Hövsan” görüşü isə matçın başa çatmasına 1 dəqiqə qalmış yarımçıq dayandırılıb. Bu qarşılaşmanın nəticəsi ilə bağlı İntizam Komitəsi qərar veriəcək.
-
Bu gün: İkinci Liqa, I tur
Bu gün İkinci Liqada yeni – 2021-2022-ci il mövsümünə start veriləcək. Turun I turunun bütün oyunları Olimpik Starda keçiriləcək və azarkeşlər üçün qapalı olacaq.
-
Yüksək Liqa, III tur: Oyun cədvəli
Yüksək Liqada III turun oyun cədvəli açıqlanıb. Turun bütün qarşılaşmaları oktyabrın 15-də Bakı İdman Sarayında keçiriləcək.
-
“Forza Neftçi”, “Alyans Qrup” və ADBTİA…
Bu gün keçirilən 3 oyunla Birinci Liqada I tura yekun vulub. Günün ilk oyunundan əvvəl “Forza Neftçi” şəhidlərimizin əziz xatirəsini yad etmək məqsədi ilə pankart açıb, bir dəqiqəlik sükut elan olunub. Oyun isə “Forza Neftçi”nin böyükhesablı qələbəsi ilə yekunlaşıb. “Arenda.az” adını “Alyans Qrup”a dəyişən komanda da rəqib qapısından 7 top keçirib. “Forza”dan fərqli olaraq onlar qapılarını toxunulmaz saxlaya bilməyib. Turun son matçı daha gərgin keçib. Fasiləyə qədər qapılara qol vurulmayıb. İkinci hissədə “idmançılar” hesabı açıb. “Zəngilan” isə penlti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Daha doğrusu, qapıçı Qədir RÜstəmovun fərlənməsina imkan verməyib.
-
Sürpriz olmadı…
Bu gün Yüksək Liqada II turun oyunları keçirildi. “Olimpik Star”da turun ilk qolunu Aqşin Muxtaroğlu Paşayev vurdu. Futzalçı 6 dəqiqə sonra dubl etməklə komandasının üstünlüyünü 2 topa çatdırdı. Amma daha təcrübəli oyunçulardan qurulan və tədricən toparlanan “Baku Fire” fərqi minimum endirdi. Elvin Quliyev rəqib qapıçının Renat Sultanova qarşı kobud oyununa görə təyin olunmuş penaltini dəqiq yerinə yetirdi. Ancaq Aqşin də cərimə zərbəsindən “çərçivə”ni nişan almaqla komandasının və özünün 3-cü qolunu vurdu. Debütantın “sürpriz”i ilə barışmayan “Baku Fire” əvvəlcə Renatla, sonra isə Elvində rəqib torunu silkələdi və hesaba tarazlıq gətirdi. Bərabərliyi fasiləyə 1 dəqiqə qalmış Tofiq Əliyev pozdu.
İkinci hissədə ssenari tərsinə cərəyan etdi. Renat dublnu rəsmiləşdirməklə hesabı yenidən bərabərləşdirdi. 30-cu dəqiqədə İbrahim ikinci sarı-qırmızı vərəqə almaqla komandasını azlıqda qoydu. “Baku Fire” oyunda ilk dəfə 33-cü dəqiqədə hesabda önə keçdi. Elvin Quliyevin penalti zərbəsini qapıçı geri qaytarsa da, təcrübəli futzalçı bu dəfə şansını qaçırmadı. Üstünlüyünü sona qədər davam etdirən “Baku Fire” maksimum xalla meydanı tərk etdi. Debütant “Xilə” məğlubiyyətə baxmayaraq, nümayiş etdirdiyi oyuna görə rəğbət qazandı.
Turun mərkəzi oyununda “Araz-Naxçıvan”la “Neftçi” qarşılaşdı. Ramiz Çovdarov zədəli, Felipinyo isə cəzalı olduğuna görə heyətdə yer almırdı. Birinci hissə gözləniləndən də gərgin keçdi. Fasiləyə qədər Xətainin dublu son çempiona üstünlük qazandırdı. Halbuki 19-cu dəqiqədə nominal qonaqlar fərqi minimuma endirə bilərdi. Rüfət Balakişiyevin 10 metrlikdən vurduğu cərimə zərbəsini Hüseynli kornerə çıxarmaqla buna imkan vermədi.
Fasilədən sonra “Neftçi” istəyinə çatdı. İlkin Hacıyev zərbəsindən sonra top uzaq dirəyə dəyib tora daxil oldu. Epizodların birində Xətai Bağırov het-trik etməyə yaxın oldu, amma top qapı tirinə dəydi. 29-cu dəqiqədə isə “Araz-Naxçıvan” meydanda azlıqda qaldı. Amir Şojaei ikinci sarı-qırmızı vərəqə aldığına görə meydandan qovuldu. “Neftçi” bu üstünlükdən istifadə edə bilmədi. Kənan Manafov şansını qaçırdı, ancaq İsa Atayev ustalıq səviyyəsini ortaya qoyaraq rəqibi növbəti dəfə meydanın mərkəzinə dəvət etdi. Bir dəqiqə sonra Atayev fərqi 3-ə çatdırdı. 37-ci dəqiqədə Maneka təkbətək epizodda topu dirəyin yanından kənara göndərdi. Beləliklə turun mərkəzi oyununda qələbəni son çempion qazandı.
Növbəti oyunda “Record club.az” hesabı standart vəziyyətdən açdı. İkinci dəfə fərqlənmək üçün isə cəmi 16 saniyə kifayət etdi. Qonaqlar fasiləyə qədər daha bir qol vurmağa imkan tapdı. İkinci hissədə də daha 3 qol vuran “Record club.az” mövsümdə ilk qələbəsini qazanıb.
Turun son oyununda duelin favoriti aşkar idi. Heyətində millinin hazırkı və keçmiş üzvləri olan EKOL yeniyetmələri sınağa çəkdi. Fasiləyə qədər 5:1 hesabı ilə qələbə qazanan “yaşıllar” ikinci hissədə də üstünlüyünü davam etdirib. Milli komanda Yüksək Liqada debüt etməsinə baxmayaraq, müqavimət göstərdi. Amma təcrübə hər addımda sözünü deyirdi və bu yükun nəticədə də əksini tapdı.
-
Bu gün: Yüksək Liqa, II tur
Bu gün Yüksək Liqada II turun oyunları keçiriləcək. “Olimpik Star”da baş tutacaq qarşılaşmaların təqvimini diqqətinizə çatdırırıq:
-
Birinci Liqada mövsümə start verildi
Bu gün Birinci Liqada yeni mövsümə start verilib. Mövsümdə ilk qolu “Yasamal” İSK-dan Vüsal Səfərov vurub. Elə ilk qələbəni də bu komanda aktivinə yazdırıb. Turun ilk günündə “Olimpik Star”da keçirilmiş oyunlarda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq: