XƏBƏRLƏR
-
Qrup mərhələsinə bu ölkələr ev sahibliyi edəcək
-
“Araz” mübarizəyə ilkin mərhələdən başlayacaq
UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” klubu mübarizəyə ilkin mərhələdən başlayacaq. UEFA bu gun ilkin mərhələdə iştirak edəcək klubların siyahısını açıqlayıb. Əsas mərhələyə vəsiqə uğrunda 32 komanda gücünü sınayacaq. İlkin mərhələnin püşkü iyulun 7-də, saat 16:00-da atılacaq. Oyunlar isə avqustun 20-dən 25-dək keçiriləcək. Reqlamentə əsasən, komandalar hər birində 4 iştirakçı olmaqla 8 qrupda mübarizə aparacaq. Yalnız qrup qalibləri və ikinci pilləni tutmuş ən yaxşı göstəriciyə malik bir komanda (ümumilikdə 9 komanda) əsas mərhələyə vəsiqə qazanacaq və 23 komandaya qoşulacaq. Əsas mərhələnin püşkü isə avqustun 30-da atılacaq. Oyunlar bu il oktyabrın 26-dan 31-dək keçiriləcək. Ümumilikdə isə builki Çempionlar Liqasında 51 federasiyadan 55 klub qatılacaq.
-
"Transfer pəncərəsi" açılıb
Bu gün “Yay transfer pəncərəsi” açılıb. Komandalar sentyabrın 22-i, saat 18:00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.
Qeyd edək ki, YÜksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək.
-
“Transfer pəncərəsi” iyulda açılacaq
Xəbər verdiyimiz kimi, Yüksək Liqada 2021-2022-ci il mövsümünə sentyabrın 9-da start veriləcək. Komandalar oyunçuların transferini və qeydiyyatını iyulun 5-dən sentyabrın 22-dək həyata keçirə bilərcəklər.
-
Yeni mövsümün başlanma tarixi açıqlandı
Bu gün Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.
-
“Bunlar artıq tarixdə qalıb”
UEFA Çempionlar Liqasında iştirakı dəqiqləşən “Araz”ın qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib.
-
UÇL-nın püşkü atılacaq
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsi ölkəmizi UEFA Çempionlar Liqasının 2021/2022-ci il mövsümündə təmsil edəcək klubu müəyyənləşdirib. “Araz”ın növbəti dəfə iştirakçısı olacağı yarışın püşkü iyulun 7-də atılacaq. Püşkatmada ilkin və əsas mərhələdə mübarizə aparacaq klublar rəqibləri ilə tanış olacaqlar. Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.
-
AFF-nin İcraiyyə Komitəsinin iclası keçirilib
Bu gün Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda AFF-nin prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın Futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.