XƏBƏRLƏR
-
Milli qələbə ilə yekunlaşdırdı
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün son oyununu keçirən millimiz Yunanıstan yığması ilə qarşılaşıb. Bakı İdman Sarayında keçirilən oyunda Slovakiya ilə dueldə meydana çıxmayan Hadi Ahmadi və Tyaqo da iştirak edirdi. Millimiz qrup liderliyini və avtomotik olaraq Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin etdiyinə görə, dueldə qazanılacaq qələbə ancaq reytinq əmsallarına təsir edəcəkdi. Onu da qeyd edək ki, qrupumuzun autsayderi olan Yunanıstan mübarizəyə ilkin mərhələdən başlayıb və əsas mərhələdə ilk xalını bir neçə gün öncə Moldova ilə görüşdə qazanıb. Komandamızın rəqiblə bu il keçirilən ilk duel isə fevralda Afinada baş tutub və 3:0 hesablı qələbəmizlə yekunlaşıb.
Alesio Slovakiyaya qarşı meydana buraxdığı “4-lüy”ə güvənsə də, qapını Emin Kürdova tapşırmışdı. İlk dəqiqədən üstünlüyü əldən verməyən millimiz 3-cü dəqiqədə Fineo ilə hesabı açdı. Növbəti zərbə Qalodan gəldi. Amma müdafiəçinin təhlükəli zərbəsi qeyri-dəqiq oldu. 6-cı dəqiqədə rəqibin heyətində Karavidas çərçivə istiqamətində zərbə vursa da, top dirəyin yanından keçdi. Ona cavab olaraq İsa Atayev fərqi artırmağa yaxın oldu. Hücumçunun zərbəsini qapıçı dəf etməklə hesabı qorudu. Amir də “ev tapşırığı”nı yerinə yetirən zaman toru nişan aldı. 10-cu dəqiqədə isə Yunanıstan yığması ən real qol epizodunu yaratsa da, Karavidas çərçivəni “itirdi”. Fineo-Edu paslaşmasını isə kapitan məntiqi sonluğa çatdıra bilmədi. Əvəzində 14-cü dəqiqədə hesab dəyişdi. Amirin vurduğu topu Zervas geri qaytarsa da, “mərmi” Gousisə dəyib qapıya daxil olur. Qüvvətli zərbələri ilə rəqib qapıçıları üçün arzuolunmaz hesab edilən Atayev qonaq qolkiperə də rahatlıq vermirdi. 16-cı dəqiqədə müdafiədə topu qəbul edən İsa 3 rəqibini zərərsizləşdirərək hesabı da dəyişdi – 3:0.
İkinci hissənin əvvəlində qonaqlar müdafiədə səhvə yol verdi. Topa sahib olan Amir onu qapıçının yanından çərçivəyə göndərsə də, “mərmi” dirəyə tuş gəldi və geri qayıtdı. 25-ci dəqiqədə qonaqlar yenidən mərkəzə dəvət olundu. Bu dəfə Atayevdən əla ötürmə alan Çovdarov adının idman sarayında səsləndirilməsinə nail oldu. Növbəti hücum zamanı top qapı çatına dəydi. Nəticədə Eduardonun zərbəsindən sonra qapı xəttin üzərindən geri sürüşdü. Edu bir qədər sonra Bolinha üçün assistentlik etsə də, sonuncunun zərbəsini qolkiper kornerə çıxardı. Kürdov da boş dayanmırdı. Kondylatosun 29-cu 38-ci dəqiqələrdə fərqi azaltmasına imkan vermədi. Son 3 dəqiqə qalmış isə qapıçı Cavad Məmmədov meydana daxil olmaqla milli komandada ilk oyununa çıxmış oldu.
Yekunda 4:0 hesabı ilə qələbə qazanan millimiz seçmə mərhələni 3 xalla yekunlaşdırmış oldu.
-
Azərbaycan – Yunanıstan: Heyətlər
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Yunanıstan oyunu üçün komandaların heyətləri:
-
Bu gün saat 19:00: Azərbaycan - Yunanıstan
Avropa çempionatının seçmə qrup mərhələsində millimiz bu gün son oyununu keçirəcək. Komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
-
Qrupumuzda bir oyun keçirilib
-
“Qətiyyən dincəlmək, arxayınlaşmaq olmaz”
Sabah Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxacaq Azərbaycan millisi məşqlərini gündə bir dəfə olmaqla görüşün keçiriləcəyi Bakı İdman Sarayında davam etdirir. Zədəli futzalçılar – Tyaqo və Hadi Ahmadi də komandaya qoşulublar. Baş məşqçi Joze Alesio Da Silva məşqdən sonra azfutzal.az-a Slovakiya ilə görüş, eləcə də komandadakı son durumu açıqlayıb:
-
“Uşaqlar çətin sınaqdan üzüağ çıxdılar”
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində aprelin 14-də Bakıda Yunanıstan yığması ilə qarşılaşacaq Azərbaycan millisi məşqlərini davam etdirir. Xəbər verdiyimiz kimi, zədə səbəbindən Slovakiya yığmasına qarşı çıxış etməyən Tyaqo Bolinha və Hadi Ahmadi də kollektivə qoşulub. Dünənki məşqdən sonra komandanın hücumçusu Bolinha azfutzal.az-a müsahibə verdi.
-
Millinin məşqi. Bakı (fotoreportaj)
-
Yunanıstan millisi 16 futzalçı ilə hazırlaşır
Avropa çempionatının seçmə qrup mərhələsində millimiz son oyununu aprelin 14-də keçirəcək. Komandamız bu dəfə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və ilk xalını bir neçə gün əvvəl Moldova ilə heç-heçə edərək əldə edən Yunanıstan yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 19:00-da start götürəcək və CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Əvvəlcədən xəbər verdiyimiz kimi, oyunu Ukraynadan olan hakimlər idarə edəcək. Üçüncü referi və timekeeper isə həmyerlilərimiz olacaq. Bu arada Yunanıstan yığması millimizlə oyunun hazırlığını aprelin 10-dan etibarən davam etdirir. Baş məşqçi Giannis Ziavas 16 futzalçıya dəvət göndərib. Komanda Bakıya sabah gələcək və “Hyatt Regency” hotelində məskunlaşacaq. Məlumat üçün qeyd edək ki, Azərbaycan və Yunanıstan futzalçıları milli komanda səviyyəsində cəmi bir dəfə qarşılaşıblar. Belə ki, bu il fevralın 2-də Afinada keçirilmiş oyunda millimiz 3:0 hesabı ilə qələbə qazanıb.
Görüşü idarə edəcək hakimləri və rəqibin heyətini diqqətinizə çatdırırıq: