XƏBƏRLƏR
-
Birinci Liqa, VI tur: Təyinatlar
Birinci Liqada VI turun oyunlarına təyinatlar açıqlanıb. Bütün qarşılaşmalar noyabrın 11-də və 12-də Bakı İdman Sarayında keçiriləcək.
-
İkinci Liqa: Qollar
İkinci Liqada bombardirlər siyahısına Mehdi Əzimzadə başçılıq edir. Aktivində 11 qol olan futzalçını 9 qolla Roman Xıdırov və Rufin Sarıyev izləyir.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada V turdan sonra 4 futzalçının passivində 3 sarı vərəqə var.
-
“Araz-Naxçıvan” vahid lider oldu
Bu gün Yüksək Liqada V turdan təxirə salınmış oyun keçirilib. Turnir cədvəlinin ilk iki pilləsində yer alan EKOL və “”Araz-Naxçıvan” komandaları qarşılaşıb. Dövlət Bayrağı Günü ilə əlaqədar futzalçılar meydana Azərbaycan Respublikasının bayraqları ilə daxil olublar. Oyundan əvvəl dövlət himni səsləndirilib.
Oyuna gəldikdə, Rizvan Fərzəliyev və İsaq Suğalı zədəli olduğuna görə, komandasına kömək edə bilmirdi. EKOL isə mübarizəyə tam heyətlə başlamışdı. Oyunda hesab erkən açıldı. 1-ci dəqiqənin tamam olmasına 9 saniyə qalmış Felipinyo rəqibi meydanın mərkəzinə dəvət etdi. Aqressiv oyun tərzini davam etdirən çempion 3-cü dəqiqədə növbəti qolunu vurdu. Manekanın ötürməsini yenə Felipinyo tamamladı. Düzdür, 4-cü dəqiqədə EKOL fərqi minimuma endirmək üçün şans qazandı. Di gəl, Namiqin ötürməsini Ələkbərov qapıdan keçirə bilmədi. 12-ci dəqiqədə EKOL ikinci dəfə real qol epizodunu qaçırdı. Radikin parallel ötürməsinə Abasov düzgün toxuna bilmədi. Əvəzində fərq artdı. Nominal qonaqların heyətində Amirin başladığı, Ramiz-Xətai tandeminin davam etdirdiyi hücumu Atayev qolla yekunlaşdırdı. 17-ci dəqiqədə EKOL meydanda azlıqda qaldı. Məmmədkərimov ikinci sarı-qırmızı vərəqə aldığına görə meydanı erkən tərk etməli oldu. Azlıqda qalan EKOL 10 metrlik cərimə zərbəsi vurmaq hüququ qazansa da, Radikin zərbəsini Rövşən zərərsizləşdirdi.
İkinci hissəyə EKOL qolla başladı. Atakişiyev fərqi 2 topa endirdi. Növbəti qol 33-cü dəqiqədə vuruldu. Çovdarov dəqiq oynamaqla komandasının üstünlüyünü 3 topa çatdırdı.
-
Təxirə salınmış oyun keçiriləcək
-
9 noyabr – Dövlət Bayrağı Günüdür
-
İki oyun canlı yayımlanacaq
Yüksək Liqanın V turundan təxirə salınmış EKOL – “Araz-Naxçıvan” və VII tur çərçivəsində keçiriləcək “Xilə” – “Neftçi” oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Oyunlar müvafiq olaraq noyabrın 9-da, saat 14:00-da və noyabrın 12-də, saat 14:15-də baş tutacaq.
-
İkinci Liqa, VI tur: Oyun cədvəli
İkinci Liqada VI turun oyun cədvəli açıqlanıb. Bakı İdman Sarayında baş tutacaq bütün qarşılaşmalar noyabrın 14-də keçiriləcək.