AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
"Forza Neftçi” “Şuşa”dan güclü oldu
Bu gün keçirilən 3 oyunla Birinci Liqada V tura yekun vurulub. ADBTİA böyükhesablı qələbəyə sevinib. Dəstə Orduba isə mövsümdə ilk dəfə meydanı 3 xalla tərk edib. Liderlər qrupunda yer alan komandaların duelini isə “Forza Neftçi” qazanıb.
Yüksək Liqa: Baku Fire-Araz-Naxçıvan (video)
EKOL hamıdan çox qol vurdu
Bu gün Yüksək Liqada VI turun oyunları keçirilib. Turun açılış oyunu heç-heçə başa çatıb. Elçin Zeynalov cəzalı olduğuna görə meydana çıxmayıb. Təcrübəli futzalçılardan qurulmuş “Neftçi” hesabda iki dəfə önə keçsə də, U-19 status-kvonu bərpa etməyi bacarıb. Ötən matçda “Record club.az”la matçda ilk qələbəsini qazanan yeniyetmələr bu dəfə “sülh”ə nail olub. Mərkəzi oyunda “Araz-Naxçıvan”la “Baku Fire” münasibətlərinə aydınlıq gətirib. CBC Sport kanalı vasitəsilə canlı yayımlanan oyuna nominal qonaqlar üstün başlayıb. İsa Atayevin cəzalı olduğu görüşün 4-cü dəqiqəsində Manekanın zərbəsi dirəyə dəyib. Ancaq David 11-ci dəqiqədə hesabdakı tarazlığı pozub. Braziliyalı müdafiəçi növbəti dəfə 19-cu dəqiqədə toru silkələyib. Cəmi 20 saniyə sonra Maneka fərqi 3 topa çatdırıb. İkinci hissədə sükutu Hadi Ahmadi pozub. Onun sol cinahdan zərbəsi qapıçı üçün qarşısıalınmaz olub. “Baku Fire” bundan sonra ardıcıl iki epizoddan yararlana bilməyib. Əvvəlcə Renatın zərbəsini Rövşən geri qaytarıb. Daha sonra kapitanın ötürməsini Zeynalov dəqiq tamamlaya bilməyib. Zeynalov 29-cu dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı erkən tərk edib. Rəqibin azlıqda qaldığı 2 dəqiqə ərzində “Araz-Naxıvan” qol vura bilməyib. 32-ci dəqiqədə isə Hüseynli Elvin Quliyevin penalti zərbəsini dəf edib. Oyunda son qolu Çovdarov vurub və “Araz-Naxçıvan” böyükhesablı qələbə qazanıb. EKOL-la əyalət təmsilçisinin duelində isə lider fərqli qələbə qazanıb. Fasiləyə qədər 6 cavabsız top vuran “ağ-yaşıllar” ikinci hissədə fərqi daha da artırıb. Bombardirlik yarışını davam etdirən Namiq Məmmədkərimov aktivindəki topların sayını 11-ə çatdırıb. Turun son oyunu “come-back”la yadda qaldı. “Xilə” ardıcıl iki qol vurmaqla hesabda öndə olsa da, tədricən toparlanan “Record club.az” fasiləyə qədər artıqlaması ilə fərqlənib. İkinci hissədə də qolları sıralayan nominal meydan sahibləri xal ehtiyatını zənginləşdirib.
İntizam Komitəsinin qərarları
Bu gün : Yüksək Liqa, VI tur
Bu gün Yüksək Liqada VI turun oyunları keçiriləcək. Turun saat 14:15-də başlayacaq oyunu CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
“Standard”dan çətin qələbə
Bu gün Birinci Liqada V turun oyunlarına start verilib. Turun ilk oyun günündə 4 qarşılaşma baş tutub. Liderlər qrupunda yer alan komandalardan “Standard” meydana çıxıb. İlk qələbəni “Zəngilan” qazanıb. “Standard” çətinliklə də olsa növbəti 3 xalı aktivinə yazdırıb. Matçın əvvəlində ardıcıl 3 qol vuran “Yasamal” İSK-nın kapitanı Vüsal Səfərov qələbədə əsas pay sahibi olub. Günün son duelində “Alyans Qrup” sevinib.
İkinci Liqa, V tur: Təyinatlar
İkinci Liqada V turun oyunlarına təyinatlar açıqlanıb. Noyabrın 7-də baş tutacaq turun bütün oyunları Bakı İdman Sarayında keçiriləcək.
Birinci Liqa, V tur: Təyinatlar
Birinci Liqada V turun oyunlarına təyinatlar açıqlanıb. Turun oyunları noyabrın 4-də və 5-də Bakı İdman Sarayında keçiriləcək.
BİRİNCİ
‹
303
304
305
306
307
308
309
310
311
312
313
›
SONUNCU