XƏBƏRLƏR
-
İkinci Liqa, IV tur: Təyinatlar
İkinci Liqada IV turun oyunlarına təyinatlar açıqlanıb. Oktyabrın 31-də bütün qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
-
“Hətta belə qarşılaşmaları “kilid matç” da adlandırırlar”
Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində ilk oyununa çıxacaq “Araz-Naxçıvan” “Uraqan”la qarşılaşacaq. Təmsilçimiz Ukrayna çempionu ilə matçın son hazırlığını yekunlaşdırıb və baş məşqçi Joze Alesio Da Silva komandanın vəziyyəti, eləcə də rəqib haqda azfutzal.az-a açıqlama verib:
-
"Araz-Naxçıvan"ın məşqi. Ukrayna (fotoreportaj)
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində sabah "Uraqan" (Ukrayna) ilə qarşılaşacaq "Araz-Naxçıvan" bu gün son məşqinə çıxıb. Matçın keçiriləcəyi İvano-Frankivski şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında 1 saata qədər davam edən hazırlıq prosesindən fotoreportajı diqqətinizə çatdırırıq:
-
“Bura gəlmişiksə, əli boş dönməməliyik”
UEFA Çempionlar Liqasının əsas mərhələsində sabah “Uraqan”la qarşılaşacaq “Araz-Naxçıvan” bu gün oyunun keçiriləcəyi zalda son məşqini keçirib. Təxminən 1 saat davam edən hazırlıq prosesindən sonra təmsilçimizin son transferi David Qustavo azfutzal.az-a müsahibə verib.
-
Birinci Liqa, IV tur: Təyinatlar
Birinci Liqada IV turun oyunlarına təyinatlar açıqlanıb. Qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqa, V tur: Təyinatlar
Yüksək Liqada V turun oyunlarına təyinatlar açıqlanıb:
-
72-ci oyunun astanasında
Ölkə çempionu “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq. Təmsilçimiz Ukraynada keçiriləcək əsas mərhələnin qrup oyunlarında yerli ölkə çempionu “Uraqan”la yanaşı, Rumıniyanın “Yunayted Qalati” və Kosovonun “Liqeni” komandası ilə üz-üzə gələcək.
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. İndiyə qədər “Araz-Naxçıvan” bu turnirdə 71 oyun keçirib. 2005-ci ildə debüt edən təmsilçimiz iki dəfə “Dördlər finalı”na vəsiqə qazanıb və hər iki cəhddə bürünc medal qazanıb. Yeri gəlmişkən, çempionumuzun ikinci dəfə iştirakçısı olduğu “Dördlər finalı” 2014-cü ilədə Bakıda təşkil olunub. Onu da qeyd edək ki, 71 oyunun birində “Araz-Naxçıvan”a texniki məğlubiyyət verilib. Halbuki həmin qarşılaşma təmsilçimizin 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu matçların 36-da “Araz-Naxçıvan” qələbə qazanıb, 9 görüşdə isə xallar yarı bölünüb. 26 oyunda meydanı xalsız tərk edən ölkə çempionu 279 qol vurub, 221 dəfə topu qapısından çıxarıb. “Araz-Naxçıvan”ı 3 oyuna Hacıbala Abdullazadə, sonrakı 6 matça isə Arkadi Belıy çıxarıb. Məmmədqulu Zeynalovun rəhbərliyi altında 3 beynəlxalq oyun keçirən təmsilçimiz Böyükağa Hacıyevlə 6 qarşılaşmada gücünü sınayıb. Tino Perez komandamızı 3, Milton Luiz Ziller Junior isə 6 görüşə çıxarıb. “Araz-Naxçıvan” ən çox meydana isə Alesionun rəhbərliyi altında çıxıb – 44 oyun.
UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır.
-
“Elə hesabla dönməliyik ki....”
UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” Bakıdakı hazırlığını yekunlaşdırıb və komanda Bakı-İstanbul-Lvov reysi ilə səfər yollanıb. Suallarımızı cavablandıran komandanın təcrübəli üzvlərindən Ramiz Çovdarov itkilərə rəğmən, turnirə hazır olduqlarını bildirib.