XƏBƏRLƏR
-
Azərbaycan kuboku, 1/16 final, cavab oyunları (fotoreportaj-2)
-
Red Line, Star kargo-2, Neftçi, Araz və Hövsan...
Bu gün “Olimpik Star”da Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində növbəti 5 oyun keçirildi. Günün ilk matçı kifayət qədər maraqlı və gərgin keçdi. Buna da səbəb ilk duelin minimalhesablı fərqlə başa çatması idi. Görüşə “Borçalı” fəal başladı və hesabı açan tərəf oldu. Ancaq üstünlüyünü qorumağı bacarmayan nominal meydan sahiblərinin hətta 2 üzvü qırmızı fərəqə alaraq meydanı erkən tərk etdi. Yekunda yenə minimalhesablı qələbə qazanan Red Line 1/8 finala vəsiqə qazandı. “Star kargo”ların duelində isə böyük futboldan tanıdığımız simalar iştirak edirdi. “İkincilər”də Ramal və Zeynalabdin Hüseynov qardaşları, eləcə də Ramazan Abbasov bu dəfə parket iş başında oldular. İlk oyunda olduğu kimi, bu dəfə də İkinci Liqa komandası qələbə qazandı.
İlk oyunda 10 cavabsız topla rəqibini məğlub edən “Neftçi” cavab qarşılaşmasında daha çox qol vurmaqla, üstəlik qapısını toxunulmaz saxlamaqla mərhələ adlayan tərəf oldu. “Araz” isə cütün taleyini ilk oyunda həll etdiyindən cavab oyunu formallığa çevrilmişdi. “Baker Hughes” bu dəfə də böyük hesabla yenililsə də, rəqibinə qarşı kifayət qədər müqavimət göstərməyə çalışdı. Xüsusilə də həvəskar komanda birinci hissədə buna daha çox nail oldu. Günün son duelində isə “Hövsan” növbəti mərhələyə vəsiqə qazandı. Nominal meydan sahibləri hər iki oyunda Yüksək Liqa təmsilçisindən üstün olmaqla bunu bacardı.
-
Azərbaycan kuboku, 1/16 final: Cavab oyunları (fotoreportaj-1)
-
1/8 finalçılardan 5-i müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 5 qarşılaşma keçirildi. Günün ilk oyununda Yurd MFK və Yasamal İSK-2 üz-üzə gəldi. İlk oyundakı sürüşkən hesab görüşün daha gərgin keçəcəyinə işarə etsə də, nominal meydan sahibləri fərqli hesabla qələbəni bayram etdi. Günün ikinci oyunu daha gərgin keçib. “Bibi-Heybət” hesabda iki dəfə önə keçsə də, üstünlüyünü sona qədər qoruya bilmədi, son dəqiqədə isə məğlub duruma düşdü. Düzdür, Balarzanın qolu ilə status-kvo bərpa olundu. Amma ilk oyunda qalib gələn Quba futzalçıları mübarizəni davam etdirən tərəf oldu. Altay – Marafon duelində isə hesab 10-cu dəqiqədə açıldı. Yüksək Liqa təmsilçisi sükutu pozan tərəf oldu. Fasiləyə qədər üstünlüyünü artıran Marafon ikinci hissədə də qolları sıraladı. Xızı Futzal komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Günün son matçında Zəngilan qələbə qazansa da, ilk dueldəki böyükhesablı qələbə sayəsində mərhələni Baku Fans adladı.
-
U-19-un məşqi (fotoreportaj)
-
Yüksək Liqa, XV tur: Təyinatlar
Yüksək Liqada XV turun oyunlarına təyinatlar açıqlanıb. Fevralın 20-də “Olimpik Star”da keçiriləcək oyunları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq6
-
Bu gün, Azərbaycan kuboku,1/16 final mərhələsi: Cavab oyunları
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. “Olimpik Star”da gün ərzində 5 qarşılaşma keçiriləcək. Şənbə və bazar günləri isə müvafiq olaraq 5 və 6 qarşılaşma baş tutacaq.
-
İkinci Liqa, XVI tur: Təyinatlar
İkinci Liqada XVI turun oyunlarına təyinatlar açıqlanıb. Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.