XƏBƏRLƏR
-
NFL: IV turun oyunlaır keçirilib
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Naxçıvan MR Futbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlər və özəl təşkilat komandaları arasında təşkil edilən futzal liqasında IV turun oyunları keçirilib. “Günnüt” – “Antiinhisar və İBNDA” matçı qeyri-müəyyən vaxta təxirə salınıb. Keçirilmiş oyunların nəticələrini diqqətinizə çatdırırıq:
-
Yenilməzlərin sayı azaldı
Bu gün İkinci Liqada VIII turun oyunları keçirilib. İlk qarşılaşmada “Zülfüqar” qələbə qazanıb. Cari birincilikdə uğurlu çıxışı ilə diqqət çəkən “Dalğa” da meydanı qalib tərk edib. “Zirvə Baku-2” isə qələbəsini darmadağınla reallaşdırıb. “Borçalı” və “Bədr FK Xocalı” xalları yarı bölüb. Son çempion gərgin keçən oyunda “Atletiko Baku”ya mövsümdə ilk məğlubiyyətini yaşadıb. Bir müddət turnir cədvəlinə başçılıq edən “Hövsan” isə “Baker Tilly” ilə bacarmayıb. Qonşu pillələrdə yer alan komandaların duelini isə “vəkillər” qazanıb.
-
U-19-dan dramatik məğlubiyyət, “Red Line”dən “come back”
Bu gün keçirilmiş oyunlarla Birinci Liqada IX tura yekun vuruldu. Günün ilk oyununda lider “Forza Neftçi” böyükhesablı qələbə qazandı. U-19-un oyunu isə dramatik alındı. Yeniyetmələr oyunun gedişində 4 top fərqi ilə öndə olsalar da, “Metropoliten”in ikinci hissədə ardıcıl qollar vurmasına və nəticəni lehinə dəyişməsinə mane ola bilmədi. Liderlər qrupunda yer alan “Standard” 3 xalı qazanmaq üçün çox əziyyət çəkmədi. Ancaq debütant “Red Line” iki dəfə hesabda geri düşdüyü oyunda 3 xal qazanmağı bacardı. “AjaxBaku” da turu itkisiz başa vurdu.
-
İkinci Liqa: Sarı vərəqələr
Noyabrın 3-də İkinci Liqada VIII turun oyunları keçiriləcək. Passivində iki və daha çox sarı vərəqə olan futzalçıların siyahısını diqqətinizə çatdırırıq:
-
Birinci Liqa, X tur: Oyun cədvəli
Birinci Liqada X turun oyun cədvəli açıqlanıb. Bütün oyunlar Olimpik Starda keçiriləcək:
-
“Qarabağ derbisi”ni “Zəngilan” qazandı
Bu gün Birinci Liqada IX tura start verilib. Turun açılış oyunu kifayət qədər gərgin keçib. Hər iki komanda müxtəlif vaxtlarda hesabda önə keçsə də, yekunda “sülh” qeydə alınıb. ADBTİA və “Rayyan” MFK isə böyükhesablı qələbə qazanıb. “Star karqo” və “Baku Fans” oyunu da maraqlı mübarizə ilə yadda qalıb. Matçın gedişində nominal qonaqlar hesabda geri düşsə də, yekunda gülən tərəf olub. “Qarabağ derbisi”ni isə “Zəngilan” qazandı
-
Yüksək Liqa, VI tur: Oyun cədvəli
Yüksək Liqada VI turun oyun cədvəli açıqlanıb. Oyunlar noyabrın 7-də Olimpik Starda keçiriləcək:
-
AÇ-2022-yə record iştirakçı ilə
Noyabrın 7-də, saat 16:30-da İsveçrənin Nyon şəhərində AÇ-2022-nin püşkatma mərasimi keçiriləcək. Bu dəfə rekord sayda iştirakçı ilə mübarizəyə start veriləcək. Belə ki, 50 ölkənin milli assosiasiyası yarışa qatılmaqla bağlı müraciət edib. Bu iştirakçılardan 33-çü ilkin mərhələnin oyunlarında iştirak edəcəklər. DÇ-2020-nin elit-raundunda iştirak edən 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna - qrup, AÇ-2022-yə evsahibliyi edəcək Niderland isə final mərhələsində mübarizəyə qoşulacaq.
Xəbər verdiyimiz kimi, AÇ-2022-nin seçmə oyunları yeni formatda keçiriləcək. İlkin mərhələdə (mini-turnir) 33 komanda 9 qrupa bölünəcək. Qruplardan 6-da 4, 3-də isə 3 iştirakçı olacaq. Gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək matçlarda qaliblər qrup oyunlarına vəsiqə qazanacaq. İkinci pillənin sahibi olacaq 9 qrup ikincisi və ən yaxşı göstəriciyə malik 5 “üçüncü” pley-off oyunlarında iştirak edəcək. Pley-off oyunları ev və səfər prinsipi ilə keçiriləcək. Onu da qeyd edək ki, komandalar oktyabrın 28-də açıqlanmış reytinq cədvəlinə uyğun bölünüblər. Avstriya və Şimali İrlandiya debüt edəcək. Final mərhələsində isə ilk dəfə olaraq 16 komanda iştirak edəcək. Yeniliklərdən biri də millimizin də mübrizəyə başladığı ikinci qrup mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. 2021-ci ilin fevral, aprel və sentyabr aylarında komandalar hərəyə iki oyun keçirəcəklər. Bu mərhələdə hər qrupda 4 iştirakçı yer alacaq. İlkin mərhələnin səbətlərini diqqətinizə çatdırırıq: