XƏBƏRLƏR
-
1/8 finalçılardan 5-i müəyyənləşdi
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində 5 qarşılaşma keçirildi. Günün ilk oyununda Yurd MFK və Yasamal İSK-2 üz-üzə gəldi. İlk oyundakı sürüşkən hesab görüşün daha gərgin keçəcəyinə işarə etsə də, nominal meydan sahibləri fərqli hesabla qələbəni bayram etdi. Günün ikinci oyunu daha gərgin keçib. “Bibi-Heybət” hesabda iki dəfə önə keçsə də, üstünlüyünü sona qədər qoruya bilmədi, son dəqiqədə isə məğlub duruma düşdü. Düzdür, Balarzanın qolu ilə status-kvo bərpa olundu. Amma ilk oyunda qalib gələn Quba futzalçıları mübarizəni davam etdirən tərəf oldu. Altay – Marafon duelində isə hesab 10-cu dəqiqədə açıldı. Yüksək Liqa təmsilçisi sükutu pozan tərəf oldu. Fasiləyə qədər üstünlüyünü artıran Marafon ikinci hissədə də qolları sıraladı. Xızı Futzal komandası təyin olunan vaxtda meydana çıxmadığına görə, nəticə ilə bağlı İntizam Komitəsi qərar verəcək. Günün son matçında Zəngilan qələbə qazansa da, ilk dueldəki böyükhesablı qələbə sayəsində mərhələni Baku Fans adladı.
-
U-19-un məşqi (fotoreportaj)
-
Yüksək Liqa, XV tur: Təyinatlar
Yüksək Liqada XV turun oyunlarına təyinatlar açıqlanıb. Fevralın 20-də “Olimpik Star”da keçiriləcək oyunları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq6
-
Bu gün, Azərbaycan kuboku,1/16 final mərhələsi: Cavab oyunları
Bu gün Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. “Olimpik Star”da gün ərzində 5 qarşılaşma keçiriləcək. Şənbə və bazar günləri isə müvafiq olaraq 5 və 6 qarşılaşma baş tutacaq.
-
İkinci Liqa, XVI tur: Təyinatlar
İkinci Liqada XVI turun oyunlarına təyinatlar açıqlanıb. Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.
-
Birinci Liqa, XX tur: Oyun cədvəli
Birinci Liqada XX turun oyun cədvəli açıqlanıb. Komandalar liqada 2020-ci ildə ilk rəsmi oyununu fevralın 21-də və 22-də keçirəcək. Bütün oyunlar “Olimpik Star”da baş tutacaq.
-
Yüksək Liqa, XV tur: Oyun cədvəli
Yüksək Liqada XV turun oyun cədvəli açıqlanıb. Qış fasiləsi fevralın 20-də başa çatacaq. Turun bütün oyunları “Olimpik Star”da keçiriləcək. İlk görüş saat 12:00-da start götürəcək. Liderlə ən yaxın izləyicisi isə saat 16:00-da üz-üzə gələcək.
-
İkinci Liqa, XVI tur: Oyun cədvəli
İkinci Liqada XVI turun oyun cədvəli açıqlanıb. Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.