XƏBƏRLƏR
-
Azərbaycan kuboku, 1/32 final, ilk oyunlar: Təyinatlar
Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarına hakim təyinatları açıqlanıb. Qarşılaşmalar 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
-
Bir oyun canlı yayımlanacaq
Xəbər verdiyimiz kimi, yanvarın 10-da, 11-də və 12-də Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunları keçiriləcək. Bu mərhələnin bir oyunu CBC Sport televiziya kanalı vasitəsilə caanlı yayımlanacaq. Söhbət öz liqalarının lideri olan NTD və “AjaxBaku” duelindən gedir. Matç yanvarın 12-də, saat 13:15-də Bakı İdman Sarayında keçiriləcək.
-
Azərbaycan kuboku, 1/32 final, ilk oyunlar: Oyun cədvəli
Azərbaycan kubokunun 1/32 final mərhələsinin ilk oyunlarının keçiriləcəyi tarix və matçların başlama saatı açıqlanıb. Qarşılaşmalar 3 gün ərzində Bakı İdman Sarayında keçiriləcək.
-
Yüksək Liqada fərqlənənlər
Yüksək Liqada mövsümün yarısı arxada qalıb. Bəs 14 turda kimlər qol vurmağın sevincini yaşayıb?
-
"Qış transfer pəncərəsi" yanvarda açılacaq
-
Birinci Liqada 2019-cu ilə yekun vuruldu
Bu gün keçirilən 5 oyunla Birinci Liqada XIX tura və 2019-cu ilə yekun vuruldu. Günün ilk oyununa “Ulduz” yaxşı başladı. Birinci hissədə ardıcıl 3 cavabsız top vuran Elşad İbrahimlinin yetirmələri üstünlüyünü ikinci hissədə əldən verdi. Fasilədən sonra rəqibini “top atəşi”nə tutan “Qarabağ-Füzuli” hesabı xeyrinə dəyişməklə ili qələbə ilə başa vurmağı bacardı. Qələbə sayəsində əyalət təmsilçisi turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırdı. Liderlər qrupunda yer alan “Standard” itkilərə və startdakı yenilgiyə rəğmən, fərqli hesabla qələbə qazandı. Nəticədə “Standard” qış fasiləsinə ikinci pillədə yollandı. U-19 da turu 3 xalla başa vurdu. Komanda matçın gedişində fərqi xeyli artırsa da, “Rayyan” fərqi minimuma qədər endirməyi bacardı. Di gəl, bundan artığına gücü çatmayan rəqib U-19-un üstünlüyünü qəbul etməli oldu. “Zəngilan” – “Xızı Yasamal” duelində birinci hissə qarşılıqlı qollarla yadda qaldı. İkinci hissədə Rasim Əsədovun qolları sayəsində nominal meydan sahibləri hesabı lehinə dəyişdi. Yekunda qələbə qazanan “Zəngilan” turnir cədvəlində “Xızı Yasamal”ı qabaqlamağı bacardı. Liderin “Red Line”la dueli isə kifayət qədər maraqlı alındı. İlk qolu nominal qonaqlar vursa da, “AjaxBaku” əbəs yerə zirvədə yer aldığını sübut etdi.
-
“Yasamal” İSK-2-dən əzmkar qələbə
Bu gün Birinci Liqanın XIX turu çərçivəsində növbəti 4 oyun keçirilib. ADBTİA böyükhesablı qələbəyə sevinib. Uzun aradan sonra “Çinar Cəbrayıl” da turu 3 xalla başa vurub. Günün üçüncü oyunu gərgin və maraqlı keçib. “Yasamal” İSK-2 oyunun əvvəlində 2 top fərqi ilə önə keçsə də, sonradan rəqibin üstünlük qazanmasına mane ola bilməyib. Hətta bir ara “Star karqo”nun hesabdakı üstünlüyü 3 top çatıb. “Come back” edən Yasamal futzalçıları status-kvonu bərpa etməklə kifayətlənməyib, hesabı lehinə dəyişib. “Baku Fans” isə oyunu əvəzetmədən keçirdi və “tələbələr”dən güclü oldu.
-
İntizam Komitəsinin qərarları
Birinci divizionda çıxış edən “Neftçi-2”, MOİK və “Binə” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçuları və digər futbol funksionerləri, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq bütün adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur: