XƏBƏRLƏR
-
Çempionatlar tarixinin üçüncü ən məhsuldar oyunu
Bu gün Yüksək Liqanın XIX turunun son matçı EKOL-un qələbəsi ilə yanaşı, 42 və daha çox qolun vurulduğu oyun kimi də yadda qalıb. Cari mövsümdə ən çox qolun vurulduğu və fərqin qeydə alındığı matç çempionatlar tarixinin üçüncü ən məhsuldar qarşılaşmasıdır. Belə ki, ən çox qolun vurulduğu oyun 2010/11-ci il mövsümündə olub. “Araz” – “Azecolab” dueli 54:4 hesabı ilə yekunlaşıb. Görüşdə ümumilikdə 58 qol vurulub. İkinci yerdə isə EKOL – “Saray” qarşılaşması yer alır. 2009/10-cu il mövsümündə keçirilmiş matç 57:0 hesabı ilə birincilərin xeyrinə başa çatıb. Bu oyun məhsuldarlığı görə ikinci, fərqə görə isə birinci yerdə qərarlaşıb. Bugünkü EKOL – “Liman” oyununda isə 42 qol vurulub. EKOL-un 38 qoluna “Liman” 4 dəfə qarşılıq verib. Yeri gəlmişkən, hazırkı çempionatın arxada qalan oyunlarının heç birində 34 top fərqi qeydə alınmayıb. Onu da qeyd edək ki, 34 topfərqli qələbə çempionatlar tarixində 10-cü sıradadı. Ən fərqli hesab isə elə EKOL-a məxsusdu - 57 top.
-
ADBTİA-dan böyükhesablı qələbə
Bu gün Birinci Liqada XIX turun oyunlarına start verilib. Olimpik Starda keçirilmiş ilk oyun günündə 4 matçdan 3-ü baş tutub. Liderlər qrupunda yer alan komandalardan ADBTİA böyükhesablı qələbə qazanıb. “Ulduz” isə rəqibinə 3 top fərqi ilə yenilib. “Baku Fans” “Zəngilan”dan 1 top artıq vurub. “Çinar Cəbrayıl” – “Sabunçu” oyunu ikincilərin oyuna gəlməməsi üzündən keçirilməyib. Nəticələri və turun qalan oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
-
“Araz” əzəli rəqibini yendi, Məmmədkərimov 18 qol vurdu
Bu gün Olimpik Starda Yüksək Liqanın XIX turunun oyunları keçirildi. İlk matçda “Yasamal”lar qarşılaşdı. Əsasən İrandan dəvət edilmiş legionerlərdən qurulmuş MFK böyükhesablı qələbə qazandı. Mortoza Cahandost isə 5 qol vurmaqla qələbədə əsas pay sahibi oldu. Turun mərkəzi oyununda isə lider “Araz” üçüncü sırada yer alan “Neftçi” ilə üz-üzə gəldi. Xətai Bağırov 4 oyunluq cəzasını başa vurduğundan, qış fasiləsindən sonra ilk oyununa çıxdı. Oyunda hesabı “Neftçi” açıb. Rizvan Fərzəliyevin cərimə meydançası daxilindəki qayda pozuntusunu hakim penalti kimi dəyərləndirdi. Bir kapitanın “hədiyyə”sini digər kapitan tora qovuşdurdu. 5-ci dəqiqədə təcrübəli Borisovun zərbəsi isə tirdən geri qayıtdı. Bir qədər sonra Masoud Nasirzadegah qapıçı ilə duelə yollansa da, “çərçivə”yə düşə bilmədi. 8-ci dəqiqədə isə Xətai Bağırovun 10 metrlik zərbəsini qapıçı geri qaytardı. İkinci hissəyə son çempion ardıcıl hücumlarla başladı. Əvvəlcə Mikaeli, ardınca Atayev dəqiq oynaya bilmədi. Hətta bir epizodda İsanın zərbəsindən sonra Zamanov topu qapı xəttinin üstündə tutdu. “Araz”ın təzyiqi 25-ci dəqiqədə effekt verdi. Neyməti hesabı bərabərləşdirdi. 27-ci dəqiqədə Vitali Rüfətin dirəyin dibinə ötürməsini qola çevirə bilmədi. Əvəzində “Araz” hesabda önə keçdi. Künc nöqtəsindən ötürməni nəzarətsiz qalmış İsa Atayev torla qovuşdurdu. Sona 5 dəqiqə qalmış “Neftçi”nin qapıçını meydan oyunçusu ilə əvəzləməsi “Araz”ın işinə yaradı. Rizvan boş qapıya düşməklə fərqi 2 topa çatdırdı. Düzdü, 1 dəqiqə sonra “Neftçi” 10 metrlik zərbə vurmaq hüququ qazandı, ancaq Vitali Rövşənlə dueldən məğlub ayrıldı. 37-ci dəqiqədə Borisova qarşı kobud oyuna görə “Neftçi” növbəti dəfə 10 metrlik zərbə vurmaq hüququ qazandı. Bu dəfə Vahid Şəfayi arxa toru nişan aldı. Nəhayət 30 saniyə qalmış Rüfət 10 metrlik zərbə ilə fərqi minimuma endirdi və oyun “Araz”ın qələbəsi ilə başa çatdı.
Tura çempionluğa iddialı EKOL və “Liman” görüşü ilə yekun vuruldu. Oyun təcrübəli hücumçu Namiq Məmmədkərimovun qolları sıralaması ilə yadda qaldı. Bununla da o, bombardirlər yarışına başçılıq edən Hadi Rezvanı qabaqlamağı bacardı.
-
İki oyunçu cəzalıdı
İkinci Liqada iki futzalçı sarı vərəqə limitini doldurduğuna görə turu buraxacaq:
-
11 futzalçı üçünn təhlükə
Bu gün Birinci Liqada XIX turun oyunlarına start veriləcək. Sarı vərəqə limitinə görə turu buraxan futzalçı yoxdur, amma təhlükənin yaxınlığında gəzənlər var.
-
Azərbaycan (U-19) – Türkiyə U-19: Məşqçi fikirləri
19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Türkiyə yığmaları arasında bu gün keçirilmiş yoldaşlıq oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
-
Azərbaycan U-19 - Türkiyə U-19 (fotoreportaj)
-
İkinci oyunda da məğlubiyyət
19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Bakı İdman Sarayında keçirilmiş oyunda türkiyəli həmyaşıdları ilə qarşılaşan komandamız məğlub olub 1:10. Yığmamızın qolunu Hüseyn Qarayev vurub.