XƏBƏRLƏR
-
400-cü qol, 50-ci oyun, 15-ci qələbə
Yüksək Liqanın cari mövsümündə 400-cü qol vurulub. Belə ki, EKOL – Liman matçının 29-cu dəqiqəsində Faiq Əliyevin özünün 4-cü, komandasının 11-ci qolu yubiley qolu olub. Hazırda Yüksək Liqada 409 qol vurulub.
-
YL: EKOL - Liman (fotoreportaj)
-
Lider “Borçalı”ya şans vermədi
Bu gün keçirilmiş 2 oyunla İkinci Liqada XIV tura yekun vurulub. Lider “Obolon” aşağı dəstənin ən çox azarkeş ordusuna malik “Borçalı”nı məğlub edib. Bir neçə gün əvvəl Batumidə təşkil olunmuş beynəlxalq turnirin qalibi olmuş “Atletiko Baku” da turu 3 xalla qapayıb.
-
YL: Araz - Neftçi İK (fotoreportaj)
Bu gün Yüksək Liqanın XII turunun mərkəzi oyununu - Araz - Neftçi İK - Fənər uşaq-futzal məktəbinin yetirmələri də izləyib. Futzalçılarla birlikdə meydana çıxan uşaqlar qarşılaşmanın fasiləsində məharətlərini göstərməyə də imkan tapıblar.
-
YL: Yasamal FK - Yasamal İSK (fotoreportaj)
-
“Neftçi” yenə uduzdu..
Bu gün Yüksək Liqada XII turun oyunları keçirildi. Tura “Yasamal”ların dueli ilə start verildi. Oyunun əvvəlində autsayder daha təhlükəli epizodlar yaratsa da, sonradan 2 futzalçının qrımızı vərəqə alması sözünü dedi. Yasamal FK böyükhesablı qələbə qazanmaqla turnir cədvəlindəki mövqeyini də bir pillə yaxşılaşdırmış oldu. CBC Sport-la canlı yayımlanan turun mərkəzi oyunu kifayət qədər gərgin keçdi. Fasiləyə qədər rəqib qapısından 2 cavabsız top keçirən “Araz” ikinci hissədə “Neftçi”nin fərqi minimuma endirməsinə mane ola bilmədi. Beləliklə cari mövsümdə ikinci duelidə də qələbə qazanan “Araz” “Neftçi”nin potensial liderlik şansını əlindən almaqla bərabər, zirvədəki mövqeyini bir qədər möhkəmləndirdi.
Turun son oyunu da məhsuldar alındı. Birinci hissədə 5 cavabsız top vuran EKOL ikinci hissədə daha artığını etdi. Xüsusilə də təcrübəli Namiq Məmmədkərimov qolları sıralamaqla bombardirlərin yarışında iddialı olduğunu ortaya qoymuş oldu.
-
İkinci Liqa, XV tur: Təyinatlar
İkinci Liqada XV turunun oyunlarına təyinatlar açıqlanıb. Oyunlar dekabrın 9-da Olimpik Starda keçiriləcək:
-
“Xəzər Cənub” – “Yasamal” FK matçının vaxtı açıqlandı
Yüksək Liqada XI turdan təxirə salınmış oyunun keçirilmə vaxtı müəyyənləşib. “Xəzər Cənub” – “Yasamal” FK matçı dekabrın 10-da, saat 12:30-da, Bakı İdman Sarayında keçiriləcək. Oyunu Azər Əsgərov, Hikmət Qafarlı və Rahin Heybətovdan ibarət hakimlər briqadası idarə edəcək. Hakim-inspektor Asim Xudiyev olacaq.