XƏBƏRLƏR
-
Bir oyun keçiriləcək
Yüksək Liqada X turdan qalmış bir oyun keçiriləcək.
-
Bu gün Yüksək Liqa, XI tur
Yüksək Liqada qış fasiləsi başa catir. Bu gün XI turun oyunları keçiriləcək.
-
Birinci Liqa, XII tur: Təyinatlar
Birinci Liqada XII turun oyunlarına təyinatlar açıqlanıb.
-
Azərbaycan – Rumıniya oyununun nəticəsi ləğv edilib
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də keçirilən Azərbaycan – Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib. Komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib. Buna səbəb qeyd olunan oyun zamanı komandamızın UEFA İntizam Qaydasını pozmasıdır.
-
AK, 1/8 final: Oyun cədvəli
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyun cədvəli açıqlanıb. Əvvəlcədən də xəbər verdiyimiz kimi, oyunlar fevralın 10-da və 11-də Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kubokunun püşkü atılıb
Bu gün Bakı İdman Sarayında Azərbaycan kubokunun 1/8 final mərhələsinin püşkü atılıb. Yüklsək Liqanın 6, Birinci Liqanın 10 komandasının mübarizə aparacağı yarışda qalib komanda bir oyunda müəyyənləşəcək. Əgər əsas vaxt heç-heçə başa çatarsa, komandalar hər biri 5 dəqiqədən ibarət iki hissədə oyunu davam etdirəcək. Bu dəfə də üstünlük əldə olunmasa, penaltilər seriyasına yer veriləcək. Hər komanda 5 penalti vurmaq imkanı qazanacaq. Bu mərhələnin oyunları fevralın 10-da və 11-də, final oyunu isə mayın 7-də keçiriləcək.
-
“Araz-Naxçıvan”dan növbəti transfer
Qış transfer pəncərəsindən maksimum istifadə edən “Araz-Naxçıvan” heyətini gücləndirməyə çalışır.
-
Azərbaycan kubokunun püşkü atılacaq
Yanvarın 17-də Azərbaycan kubokunun 2023-2024-cü il mövsümünün püşkü (“kor püşk”) atılacaq. Püşkatma mərasimi Bakı İdman Sarayında, saat 12:00-da başlayacaq. Tədbirə KİV nümayəndələri dəvətlidir.