AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
Millinin oyunu CBC Sportda
AVRO-2026-nın əsas mərhələsində mübarizəyə başlayacaq Azərbaycan millisi dekabrın 17-də İsveçlə qarşılaşacaq. Bakı İdman Sarayında saat 20:00-da start götürəcək oyun CBC Sport-la canlı yayımlanacaq. Arenaya giriş biletsiz olacaq.
“Qış transfer pəncərəsi” yanvarda açılacaq
Yüksək və Birinci liqalarda iştirak edən klublar üçün “qış transfer pəncərəsi” gələn il yanvarın 6-də açılacaq. Komandalar yeni transferlərini fevralın 6-ı, axşam 23:59-a qədər qeydiyyatdan keçirə bilərlər.
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada V turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. Üç futzalçının passivində 3 sarı vərəqə var.
Millinin heyətində dəyişiklik
Dekabrın 17-də İsveçlə AVRO-2026-nın əsas mərhələsi çərçivəsində keçirəcəyi oyunun hazırlığını davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub. Kənan Manafov zədəli olduğuna görə, Emil Həsənzadə ilə əvəzlənib.
AK: İlkin mərhələnin oyun təqvimi
Azərbaycan kubokunun İlkin mərhələsinin oyunları keçiriləcək. Bu mərhələdə Birinci Liqanın hazırkı turnir cədvəlinin son 4 pilləsində yer alan komandalar qarşılaşacaq. Qaliblər 1/8 final mərhələsinə yüksələcək. Bu və sonrakı mərhələlərin oyun təqvimi püşk vasitəsilə müəyyənləşəcək. Püşkatma ilə bağlı əlavə məlumat veriləcək.
Millinin toplanışı başlayır
Dekabrın 17-də, Bakı İdman Sarayında, saat 20:00-da AVRO-2026-nın əsas mərhələsi çərçivəsində İsveçlə qarşılaşacaq Azərbaycan millisi bugündən təlim-məşq toplanışına başlayır. Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Zədə səbəbindən “Araz-Naxçıvan” və millinin kapitanı Emin Kürdov toplanışda iştirak etməyəcək.
V tura yekun vurulub
Birinci Liqada V turun oyunları keçirilib. Lider və ən yaxın izləyiciləri qələbə qazanıb. Ardıcıl qələbələrlə 4-cü pilləyə yüksələn “Metropoliten” isə bu dəfə böyük hesabla yenilib. Bununla da Birinci Liqada fasilə yaranıb.
YL, VI tur: Araz-Naxçıvan - Baku Fire 2:2 (qollar)
BİRİNCİ
‹
82
83
84
85
86
87
88
89
90
91
92
›
SONUNCU