XƏBƏRLƏR
-
Millinin KİV üçün açıq məşqi, baş məşqçinin brifinqi keçiriləcək
Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin KİV üçün açıq məşqi və baş məşqçinin brifinqi keçiriləcək. Aprelin 12-də, saat 11:10-da Olimpik Starda baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandıracaq, 11:30-da isə məşq başlayacaq.
-
Azərbaycan kuboku ½ final: Oyun cədvəli
Azərbaycan kubokunun ½ final mərhələsinin oyun cədvəli açıqlanıb. Matçlar aprelin 25-də Bakı İdman Sarayında keçiriləcək.
-
YL, XVIII tur: Yasamal Bakı - U-19 5:4 (fotoreportaj)
-
Birinci Liqa, XVIII tur: Fotoreportaj
-
Yüksək Liqa, XIX tur: Oyun cədvəli
Yüksək Liqada XIX turun oyun cədvəli açıqlanıb. Matçlar aprelin 21-də Olimpik Starda keçiriləcək.
-
YL, XVIII tur: Baku Fire - Araz-Naxçıvan 5:5 (fotoreportaj)
-
Millinin Bakı toplanışı üçün heyəti
Aprelin 14-də və 16-da Tbilisidə Gürcüstan yığması ilə 2 yoldaşlıq oyunu keçirəcək Azərbaycan millisinin Bakıda təlim-məşq toplanışı olacaq. Aprelin 8-dən 12-dək keçiriləcək hazırlıq prosesində 3-ü qapıçı olmaqla ümumilikdə 17 futzalçı iştirak edəcək. Baş məşqçi Vitali Borisov toplanışın yekununda Gürcüstana aparacağı heyəti müəyyənləşdirəcək.
-
Liderlərin duelində hərəyə 1 xal
Yüksək Liqada XVIII turun oyunları keçirildi. Tura liderlə ən yaxın izləyicisinin dueli ilə start verildi. Çempionluğu təmin edən “Araz-Naxçıvan” hesabı erkən açdı. Fasiləyə qədər 5 qol vuruldu və lider fasiləyə 3 top fərqli üstünlüklə yollandı.
İkinci hissə də kifayət qədər gərgin və bol qollu keçdi. Bu dəfə “Baku Fire” ardıcıl 4 qol vurmaqla hesabı xeyrinə dəyişdi. Amma bu üstünlük 1 dəqiqə çəkdi, Auqusto status-kvonu bərpa etdi. Buna qədər isə Lukas ikinci sarı-qırmızı vərəqə alaraq meydanı erkən tərk etməli oldu.
Turun ikinci matçına U-19 qolla başlasa da, təcrübəli futzalçılardan ibarət “Yasamal Bakı” tezliklə hesabı xeyrinə dəyişməyi bacardı. Fasilədən sonra geridönüş edən gənclər tablodakı rəqəmləri eyniləşdirsə də, sona 15 saniyə qalmış rəqib 10 metrlik zərbə vurmaq hüququ qazandı və İsmayılov bundan maksimum yararlanaraq komandasına qələbə qazandırdı.
Turun son matçı keçirilmədi. Buna səbəb “Record club”un təyin olunan vaxtda meydana çıxmamasıdır. Nəticə ilə bağlı AFFA İntizam Komitəsi qərar verəcək.