XƏBƏRLƏR
-
“Danışıq apardığımız oyunçular var”
UEFA Çempionlar Liqasının ilkin mərhələsində avqustun 23-də Türkiyənin “İstanbul Şişli”, ertəsi gün Almaniyanın “Jahn Regensburq”, avqustun 26-da isə Latviyanın “Riqa” komandası ilə qarşılaşacaq “Araz-Naxçıvan” təlim-məşq toplanışını davam etdirir. Komandanın hazırlıq və transfer çalışmaları barədə baş məşqçi Vitali Borisov azfutzal.az-a müsahibə verib.
-
“Araz-Naxçıvan” belə hazırlaşır (fotolar)
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan” təlim-məşq toplanışını davam etdirir.
-
“Yay transfer pəncərəsi” açıldı
-
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlanıb.
-
Rumıniya – Azərbaycan: Məkan və saat açıqlandı
DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində sentyabrın 15-də keçiriləcək Rumıniya – Azərbaycan oyununun başlama saatı və matçın keçiriləcəyi məkan açıqlanıb.
Oyun sentyabrın 15-də, Bakı vaxtı ilə saat 19:30-da Buzau şəhərindəki Romeo lamandi arenasında keçiriləcək.
-
Xorvatiya millisinin üzvü “Araz-Naxçıvan”da
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” bugündən hazırlığa start verib.
-
Statistika həvəskarları üçün
Klublarımızın avrokubok macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədir. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır. Turnirin yeni adla ilk qalibi Portuqaliya “Sportinq”i olub. Bu liqanın 2023-24-cü il mövsümündə ölkəmizi “Araz-Naxçıvan” təmsil edəcək. Komandamız mübarizəyə ilkin mərhələdən başlayacaq. Avqustun 22-dən 27-dək Latviyada keçiriləcək qrup oyunlarında “Araz-Naxçıvan”ın rəqibləri “Riqa” (Latviya), “Jahn Regensburq” (Almaniya) və “İstanbul Şişli” (Türkiyə) olacaq.
Klublarımızın futzal üzrə UEFA Çempionlar Liqasındakı nəticələrini diqqətinizə çatdırırıq:
-
“Araz-Naxçıvan”ın ilk transferi
UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətini gücləndirmək istiqamətində çalışmalara başlayıb.