XƏBƏRLƏR
-
Milli komandanın baş məşqçisi vəzifəsinə təyinat
Bu gün “Dalğa Arena”da AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə daxil olunan məsələlərdən biri də futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinat idi. Komitə üzvləri Vitali Borisovun bu vəzifəyə təyinatını təsdiqləyib. Paralel olaraq “Araz-Naxçıvan” klubunun da baş məşqçisi olacaq V.Borisov 2001-2019-cu illərdə Azərbaycan millisinin formasını geyinib.
-
Bayramınız mübarək!
-
“Oyunlar çox maraqlı və gərgin keçəcək”
Ötən həftə DÇ-2024-ün elit-raund mərhələsinin püşkü atıldı. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla gücünü sınayacaq. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək. Millimizin üzvləri zaman-zaman püşklə bağlı açıqlamalar verir, rəqibləri və komandamızın şanslarını dəyərləndirir. Bu dəfə komandamızın ən təcrübəli oyunçularından Eduardo Borges fikirlərini azfutzal.az-a bildirib:
-
“Nəticəmiz yaxşı ola bilər…”
Final mərhələsi gələn il keçiriləcək dünya çempionatının elit-raundunda Azərbaycan millisi Qazaxıstan, Rumıniya və Niderland yığmaları ilə qarşılaşacaq. Bəs millimizin üzvləri püşkü necə qiymətləndirir? Bu dəfə Tyaqo Bolinya azfutzal.az-a açıqlama verib:
-
Statistika nə deyir?
DÇ-2024-ün elit-raund mərhələsinin püşkü Azərbaycan millisini A qrupunda Qazaxıstan, Rumıniya və Niderlandla bir qrupa saldı. Statistikaya nəzəaər saldıqda, millimiz bu rəqiblərdən Rumıniya ilə heç vaxt rəsmi oyunlarda qarşılaşmayıb. Ən çox isə Niderlandla gücünü sınayıb. Komandamız ümumiyyətlə beynəlaxlq arenada ikinci rəsmi matçını onlara qarşı keçirib. Bu duel 1995-ci ildə baş tutub və rəqibin qələbəsi ilə başa çatıb. Növbəti və sonuncu görüşlərdə heç-heçə qeydə alınsa da, yeganə qələbəni elə onların öz meydanında qazanmışıq. Maraqlıdır ki, həmin oyun DÇ-2016-nın pley-off mərhələsi çərçivəsində keçirilib. Rəqib meydanında 5:1 hesabı ilə qələbə qazanan komandamız Bakıda 4:4 hesablı heç-heçə etsə də, tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.
Qazaxıstana gəldikdə, bu komanda ilə cəmi bir rəsmi oyunda rəqib olmuşuq. Onda da Bakıda keçirilən qrup mərhələsinin matçında millimiz 6:3 hesabı ilə qələbə qazanıb. Amma yoldaşlıq oyunlarında dəfələrlə rəqib olub Azərbaycan və Qazaxıstan milliləri.
-
“Elə qrupda yer almışıq ki...”
Bu gün DÇ-2024-un elit-raund mərhələsinin püşkü atılıb. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlandla üz-üzə gələcək. Püşklə bağlı millinin kapitanı Emin Kürdov azfutzal.az-a açıqlama verib:
-
Oyun cədvəli
Millimizin bu mərhələdə oyun cədvəli belə olacaq:
-
Millinin rəqibləri müəyyənləşib
Final mərhələsi 2024-cü ildə keçiriləcək dünya çempionatının elit-raund mərhələsinin bu gün püşkü atılıb. A qrupunda yer alan millimiz Qazaxıstan, Rumıniya və Niderlan komandaları ilə qarşılaşacaq. Bu mərhələnin oyunları dekabrın 20-dək yekunlaşacaq. Komandamız elit-raunda səfər oyunu ilə başlayacaq və yekun nöqtəni də rəqib zalında qoyacaq.