XƏBƏRLƏR
-
İntizam Komitəsinin qərarları
-
YL, IV tur: Araz-Naxçıvan - Neftçi İK (fotoreportaj)
-
Təxirə salınmış oyunda 6 qol, 2 qırmızı vərəqə...
Bu gün Yüksək Liqanın IV turundan təxirə salınmış oyun keçirilib. Lider “Araz-Naxçıvan” əsas rəqiblərindən olan “Neftçi” İK ilə qarşılaşıb. Alesio komandasını matça məhdud heyət çıxarıb. Belə ki, 5 futzalçı ilə vidalaşan “Araz-Naxçıvan” 2-si qapıçı olmaqla ümumilikdə 8 nəfərlə mübarizə aparıb. Anderu Varqas zədəli, Fərid Ələkbərov isə cəzalı olduğu üçün komandasına kömək edə bilməyib. Əjdər Əjdərov, Namiq Məmmədkərimov və Məhəmməd Abbasov isə qarşı tərəfdən oyunu buraxırıb.
Gərgin keçən matçın birinci hissəsində cəmi 1 qol vurulub. Son dəqiqədə Ramiz Çovdarovun ötürməsini Oktay Rüsttəmli ünvana yollamaqla hesabdakı tarazlığı pozub.
İkinci hissədə “Neftçi” ardıcıl iki qol vurmaqla hesabı lehinə dəyişsə də, üstünlüyünü qoruya bilməyib. Bu azmış kimi, paytaxt təmsilçisinə bir zərbə də Jafaridən gəlib. İkinci sarı-qırmızı vərəqə alan futzalçı 32-ci dəqiqədə meydanı tərk etməli olub. Rəqibin azlıqda qalmasından maksimum istifadə edən “Araz-Naxçıvan” yenidən önə keçib. Çovdarovun ötürməsini bu dəfə Ponce tora qovuşdurub. 35-ci dəqiqədə “Neftçi” yenidən azlıqda qalıb. Bu dəfə İlkin Hacıyev birbaşa qırmızı vərəqə aldığına görə, meydanı tərk etməli olub. Bu dəfə də Katatau azlıqda qalan rəqibi cəzalandırdı.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada VI turdan sonra bir futzalçı sarı vərəqə limitini doldurduğuna görə, növbəti turda meydana çıxmayacaq. Söhbət "Çinar-Zəngilan"ın üzvü Fuad Aydınovdan gedir.
-
İkinci Liqa, VII tur: Oyun cədvəli
İkinci Liqada VII turun oyunları noyabrın 27-də Olimpik Starda keçiriləcək.
-
Bu gün saat 14:15: “Araz-Naxçıvan” – “Neftçi” İK
Bu gün Yüksək Liqanın IV turundan təxirə salınmış “Araz-Naxçıvan” – “Neftçi” İK oyunu keçiriləcək. Saat 14:15-də start götürəcək matç CBC Sport-la canlı yayımlanacaq. Bakı İdman Sarayında baş tutacaq oyunu FİFA referiləri idarə edəcək.
-
“Baku Fire-3” fərqin artmasına imkan vermədi
Bu gün İkinci Liqada VI turun oyunları keçirilib. Bakı İdman Sarayında ilk qələbəni “Dalğa” qazanıb. Bu, komandanın həm də mövsümdə ilk 3 xal qazandığı matçdır. Lider də fərqli qələbəyə sevinib. “Timsport” isə turnir cədvəlinin orta pilləsində qərarlaşan rəqibindən üstün olub. Növbəti oyunda eyni xal ehtiyatına malik olan və üst sıralara iddialı komandalar üz-üzə gəlib. Ötən matçda yenilən “Xan-Lənkəran” bu dəfə rəqibindən üstün olub . Mərkəzi oyunda isə son çempionla bürünc medalçı üz-üzə gəlib. Cari mövsümdə artıq 2 yenilgisi olan “vəkillər” bu dəfə də məğlubiyyətdən qaça bilməyib. “Baku Fire-3” isə liderlə xal fərqinin artmasına imkan verməyib.
-
Birinci Liqa: Qol vuranlar
Birinci Liqada bombardirlər yarışına "Şamaxı"dan Elçin İsmayılov başçılıq edir.