16.11.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda, “Araz Naxçıvan” komandasının qapıçısı Emin Kürdov oyunun 17-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 41);
16.11.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda, “Araz Naxçıvan” komandasının oyunçusu Lucas Freitas Romao Da Silvanın oyunun 40-cı dəqiqəsində təcavüzkar davranışa görə (oyun bitdikdən sonra rəqibi əl ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın (maddə 40.3, 1);
16.11.2023-cü il tarixində keçirilən “Araz Naxçıvan” – “Neftçi” İK İB oyununda “Neftçi” komandasının 11 nömrəli oyunçusu Namiq Məmmədkərimovun oyunun 27-ci dəqiqəsində 2-ci sarı vərəqə aldıqdan sonra “Araz Naxçıvan” komandasının 7 nömrəli oyunçusu Lucas Freitas Romao Da Silva -ya əli ilə zərbə endirdiyinə görə 4 oyun cəzalanır (maddə 40.3);
16.11.2023-cü il tarixində keçirilən “Record club” – “Yasamal Bakı” oyununda, “Yasamal Bakı” komandasının oyunçusu Fuad Məmmədzadə oyunun 40-cı dəqiqəsində təcavüzkar davranış (oyun bitdikdən sonra rəqibi əl ilə vurduğuna görə) birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmasına görə 4 oyun cəzalandırılsın (maddə 40.3);
16.11.2023-cü il tarixində keçirilən U-19 – “Baku Fire” oyununda, “Baku Fire” komandasının oyunçusu İmaməli Hüseynov oyunun 38-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın (maddə 36.5);
17.11.2023-cü il tarixində keçirilən “Star Kargo” – “Timsport” oyununda “Timsport” komandasının 13 nömrəli qapıçısı Səbuhi Məmmədov oyunun 12-ci dəqiqəsində qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə və meydançanı gec tərk edərək oyunun bərpasını ləngitdiyinə görə 5 oyun cəzalandırılsın (maddə 43.3, 56).