XƏBƏRLƏR
-
Pley-off, II mərhələ: Videoicmal
-
Final oyununun tarixi müəyyənləşib
Yüksək Liqada 3-cü yer uğrunda oyunun və final qarşılaşmasının keçiriləcəyi tarix müəyyənləşib.
-
Pley-off, II mərhələ: Fotoreportaj
-
Araz-Naxçıvan və EKOL finalda
Bu gün Yüksək Liqanın pley-off mərhələsinin ikinci oyunları keçirilib. İlk oyunda qələbə qazanan “Araz-Naxçıvan” “Baku Fire”lə üz-üzə gəlib. Bu dəfə oyuna sakit başlayan Alesionun yetirmələri 4-cü dəqiqədə status-kvonu pozdu. Növbəti qolu isə İsa Atayev vurdu. Fasiləyə komandalar bu hesabla yollandılar. “Araz-Naxçıvan” ikinci hissədə daha çox qol vurdu. Beləliklə qazanılan ardıcıl iki qələbə ilk filançının kimliyinə aydınlıq gətirdi. Son çempion titulunu qorumaq üçün final, “Baku Fire” isə bürünc medal uğrunda oyunda iştirak edəcək.
Günün ikinci oyunu daha gərgin və maraqlı keçdi. 2-ci dəqiqədə Seymurun standart vəziyyətdən zərbəsi dirəyə dəyib meydanı tərk etdi. Ümumiyyətlə, ilk 10 dəqiqədə “Neftçi” daha çox hücum edir, EKOL isə ilk matçda olduğu kimi əks-hücumlarla uğur qazanmaq istəyirdi. Hesab 3-cü dəqiqədə açıldı. Autdan ötürməni İlkin Hacıyev tora qovuşdurmaqla komandasına üstünlük qazandırdı. Rüstəm Bağırzadə isə qapıçı ilə üzbəüz qaldığı epizodda status-kvonu bərpa edə bilmədi. 15-ci dəqiqədə hər iki komanda 5 cərimə limitini doldurduğundan, Rüfət Balakişiyev zərbə vurmaq hüququ qazandı. Kapitanın zərbəsi tirə dəyib meydanı tərk etdi. Yeri gəlmişkən, sarı vərəqə limitini doldurduğuna görə, Samir Həmzəyev növbəti oyunda meydana çıxmayacaq.
İkinci hissənin əvvəlində müdafiədə buraxılan səhv EKOL-un hesabı bərabərləşdirməsinə şərait yaratdı. Təcrübəli Namiq Məmmədkərimov fürsəti əldən vermədi. 29-cu dəqiqədə Seymur Məmmədova qarşı kobud oynayan Tofiq Mikayılov sarı vərəqə aldı. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyinə görə, komandalar hər biri 5 dəqiqədən ibarət 2 əlavə hissədə mübarizə apardı. 42-ci dəqiqədə “Neftçi”nin qapıçısı Anar Məmmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydanı tərk etdi. 10 metrlik zərbəni isə Mehdi Rəsulov dəqiq yerinə yetirməklə komandasını önə keçirdi. 1 dəqiqə sonra EKOL yenidən 10 metrlik nöqtədən zərbə vurmaq hüququ qazandı. Rəsulov bu dəfə qeyri-dəqiq oynadı. İki əlavə vaxtda Namiq Məmmədkərimov fərqi artırdı. Amma 5 oyunçu ilə mübarizə aparan “Neftçi” rəqib qapısına yol tapsa da, artığını bacarmayıb. Beləliklə hər iki oyunda qələbə qazanan EKOL “Araz-Naxçıvan”ın rəqibi oldu.
-
Birinci Liqa, XXIII tur: Fotoreportaj-2
-
İkinci Liqa, XXIV tur: Təyinatlar
İkinci Liqada XXIV turun oyunlarına təyinatlar açıqlanıb. Qarşılaşmalar mayın 8-də Olimpik Starda keçiriləcək.
-
Bu gün: pley-off, II mərhələ
Bu gün Yüksək Liqanın pley-off mərhələsinin oyunları keçiriləcək. Bakı İdman Sarayında start fiti saat 12:00-da veriləcək.
-
Pley-off, I mərhələ: Fotoreportaj