XƏBƏRLƏR
-
Birinci Liqa: Qollar
Birinci Liqada qış fasiləsinə qədər ən çox Vüsal İsayev qol vurub. Lider “Forza Neftçi”nin üzvü 49 dəfə rəqib qapısına yol tapıb. Emin Cəbrayılov isə ondan 11 qol az vurub. ADBTİA-nın hücumçusunun aktivində 38 qol var. İlk “3-lüy”ü Samir Həsənov qapayıb. “Standard”ın “9 nömrəsi” 36 qol vurub.
-
Birinci Liqa: Sarı vərəqələr
Birinci Liqada XIII turdan sonra sarı vərəqələrin göstəricisi açıqlanıb. Üç futzalçı qış fasiləsindən sonra keçiriləcək ilk matçda komandasına kömək edə bilməyəcək. Teymur Nəsibov, Həbib Amanov və Vüsal İsayev cəzalı duruma düşüb.
-
İkinci Liqa, XIII tur: Fotoreportaj-3
-
İkinci Liqa, XIII tur: Fotoreportaj-2
-
ADBTİA ikinci pilləyə yüksəldi, ilin son qələbəsini “Metropoliten” qazandı
Bu gün keçirilən 3 oyunla Birinci Liqada XIII tura yekun vuruldu. Günün ilk qələbəsini “Forza Neftçi” qazandı. Heyət baxımdan korluq çəkən, bir neçə oyunçusu zədəli olan “Ulduz” liderin 28 qol vurmasına mane ola bilmədi. Mərkəzi oyunda isə qış fasiləsinə ikinci pillədə yollanacaq komandanın adı bilinəcəkdi. Minimalhesablı qələbə “idmançılar”ı ikinci pilləyə yüksəltdi. “Standard” bu dueldə iki dəfə 10 metrlik cərimə zərbəsindən istifadə edə bilmədi. 2021-ci ilin son qələbəsini isə “Metropoliten” qazandı. Düzdür, matçın əvvəlində “Baku Fire-2” ardıcıl 3 qol vurmaqla oyuna nəzarəti ələ alsa da, toparlanan “Metropoliten” “came back” etməyi bacardı.
-
İkinci Liqa, XIII tur: Fotoreportaj-1
-
Bir top fərqli qələbələr
Birinci Liqada XIII turun 4 oyunu keçirilib. Maraqlıdır ki, oyunlarda qələbə bir top fərqi ilə qazanılıb. Əslində, “Dəstə Ordubad” oyunun gedişində 4 top fərqi ilə önə keçsə də, üstünlüyünü bu şəkildə qoruya bilməyib. STAR kargo isə son dəqiqədə vurduğu qolla ili 3 xalla qapadı.
-
İkinci Liqa: Sarı vərəqələr
İkinci Liqada birinci dövrə başa çatdı. Bəs ikinci dövrənin ilk turunu kimlər buraxacaq? Üç futzalçı sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək.