AZE
ENG
AFF HAQQINDA
TARİX
RƏHBƏRLİK
NİZAMNAMƏ
XƏBƏRLƏR
DÜNYA ÇEMPİONATI
AVROPA ÇEMPİONATI
İntizam Komitəsi
U-19
UEFA ÇEMPİONLAR LİQASI
TƏDBİRLƏR
AFF
MİLLİ
AZƏRBAYCAN KUBOKU
LİQALAR
HAKİMLƏR
MÜSAHİBƏ
MİLLİ KOMANDALAR
A MİLLİ
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
AZƏRBAYCAN U-19
MƏŞQÇİLƏR
OYUNÇULAR
OYUNLAR
TURNİRLƏR
YÜKSƏK LİQA
BİRİNCİ LİQA
İKİNCİ LİQA
AZƏRBAYCAN KUBOKU
UEFA ÇEMPİONLAR LİQASI
ƏSASNAMƏ
OYUN QAYDALARI
KLUBLAR
ƏLAQƏ
ARXİV
XƏBƏRLƏR
“Baku Fire” fasiləyə üçüncü pillədə yollandı
Bu gün Yüksək Liqada IX turdan təsirə salınmış oyun keçirilib. “Baku Fire” “Xilə” ilə qarşılaşıb. Əvvəlki turda hər iki qapıçısı qırmızı vərəqə alan “Baku Fire”də qolkiper funksiyasını meydan oyunçusu İbrahim Zeynalov yerinə yetirib. Qarşılaşma “Baku Fire”in 13:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticə Teymur Eyvazovun yetirmələrinə qış fasiləsinə turnir cədvəlinin üçüncü pilləsində yollanmasına imkan verib.
Yüksək Liqa, XI tur: Fotoreportaj-1
“Onlar sabit çıxışları ilə seçilirlər”
Avropa çempionatının final mərhələsində iştirak edəcək Azərbaycan millisi dekabrın 18-də və 19-da beynəlxalq yoldaşlıq oyunları keçirəcək. Hər iki matçda komandamız Ukrayna yığması ilə üz-üzə gələcək. Millimiz artıq hazırlıq prosesinə başlayıb, dünən isə matçın keçiriləcəyi məkanda parket üzərinə çıxıb. Hazırlıq prosesi və rəqiblə bağlı komandamızın aparıcı üzvlərindən İsa Atayev azfutzal.az-a açıqlama verib.
Yoldaşlıq oyunlarının hakimləri
Dekabrın 18-də və 19-da FHN-in İdman-sağlamlıq mərkəzində keçiriləcək Azərbaycan – Ukrayna beynəlxalq yoldaşlıq oyunlarına təyinatlar açıqlanıb. Matçları FİFA referiləri idarə edəcək:
Birinci Liqa, XI tur: Təyinatlar
Birinci Liqada XI turun oyunlarına təyinatlar açıqlanıb. Turun oyunları dekabrın 16-da və 17-də Olimpik Starda keçiriləcək. “Ulduz” – “Qarabag-Füzuli” oyunu qeyri-müəyyən vaxta təxirə salınıb. Buna səbəb “Ulduz” komandasının üzvlərinin eşitməqüsurlu əlillərdən ibarət Azərbaycan yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak etməsidir.
İkinci Liqa, XI tur: Təyinatlar
İkinci Liqada XI turun oyunları dekabrın 14-də və 15-də Olimpik Starda keçiriləcək. Təyinatları diqqətinizə çatdırırıq:
“Hazırlıq müddətində diqqətli olmalıyıq”
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Ukrayna yığması ilə yoldaşlıq oyunları keçirəcək Azərbaycan millisi dünəndən təlim-məşq toplanışına başlayıb. İlk məşqdən sonra komandamızın təcrübəli qapıçısı Rövşən Hüseynli azfutzal.az-a açıqlama verib.
AÇ-dəki rəqibimiz 4 yoldaşlıq oyunu keçirəcək
Avropa çempionatının final mərhələsində millimizlə bir qrupda yer alan və yanvarın 22-də komandamızın rəqibi olacaq Gürcüstan yığması 4 yoldaşlıq oyunu keçirəcək. Rəqibimiz dekabrın 16-da və 18-də Serbiya millisi ilə üz-üzə gələcək. Növbəti rəqib isə Qırğızıstan yığması olacaq. Bu komanda ilə görüşlər isə dekabrın 21-də və 22-də baş tutacaq. Qeyd edək ki, bu oyunların hamısı Tbilisidə baş tutacaq.
BİRİNCİ
‹
320
321
322
323
324
325
326
327
328
329
330
›
SONUNCU