XƏBƏRLƏR
-
“Marafon” – “Araz” oyununun keçirilmə tarixi
-
Yüksək Liqa, XVI turun icmalı (video)
-
İntizam Komitəsinin qərarları
24 fevral, futzal üzrə Yüksək Liqanın “Yasamal” İSK – “Premier” (Quba) matçı “Premier” komandası təyin olunan vaxtda meydana çıxmadığı üçün baş tutmayıb. Bu səbəbdən “Premier” komandasına 0:5 hesablı məğlubiyyət verilir.(maddə 50)
-
"Xocalıda can qaldı"….
Bu gün futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva, millinin qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş "Xocalıda can qaldı" adlı sərgi ilə tanış olublar.
-
Birinci Liqa, XXI tur: Təyinatlar
Birinci Liqada XXI turun oyunlarına təyinatlar açıqlanıb. Turun oyunları fevralın 28-də və 29-da Olimpik Starda keçiriləcək.
-
Yüksək Liqa, XVI tur (fotoreportaj-1)
-
Yüksək Liqa, XVII tur: Oyun cədvəli və təyinatlar
Yüksək Liqada XVII turun oyun cədvəli və təyinatlar açıqlanıb. Fevralın 27-də Olimpik Starda keçiriləcək oyunların başlama saatını diqqətinizə çatdırırıq:
-
XVI turun oyunları keçirildi
Bu gün “Olimpik Star”da Yüksək Liqanın XVI turunun oyunları keçirilib. İlk oyunda “Baku Fire” “Record club”la üz-üzə gəlib. Vahid Ansari sarı vərəqə limitini doldurduğuna görə, komandasına kömək edə bilməyib. Oyun nominal qonaqların böyükhesablı qələbəsi ilə yekunlaşıb. Əzəli rəqiblərin duelində isə hesab 4-cü dəqiqədə açıldı. Eshag Soorgali çətin vəziyyətdə olsa da, qarşısıalınmaz zərbə ilə hədəfi dəqiq nişan aldı. Sonrakı dəqiqələrdə də lider üstünlüyü əldən verməsə də, “Neftçi” ara-sıra Hüseynliyə həyəcan yaşadırdı. Xüsusilə Orucla Elçinin fərqlənə bilmədiyi epizodları qeyd etməyə dəyər. 17-ci dəqiqədə isə bəxt amili “Neftçi”nin tərəfində oldu. Xətainin zərbəsi qapı çatına dəyib meydanı tərk etdi. Bununla belə, Alesionun “drujina”sı fərqi artırmağı bacardı. Mehrdad Ghanbarzadeh 18-ci dəqiqədə vurulan qolun müəllifi oldu. İkinci hissəyə “Neftçi” qolla başladı. Bu dəfə Vahib sol cinahdan uzaq küncə düşməklə fərqi minimuma endirdi. Növbəti qol 24-ci dəqiqədə vuruldu. Bu dəfə “Araz”dan Hadi Ahmadi Cavad üçün qarşısıalınmaz oldu. “Neftçi” intriqanı sona qədər saxladı. Qonaqlar bu dəfə 32-ci dəqiqədə qol vurdular. Vahibin ötürməsini Kənan qapıdan keçirdi. Bundan sonra “Neftçi” qapıçını meydan oyunçusu ilə əvəzlədi ki, bu da rəqibin xeyrinə işlədi. Əvvəlcə Rizvan, ardınca Xətai boş qapını nişan almaqla fərqi 3 topa yüksəltdi. Sona yaxın dubl edən Mehrdaddan sonra Tural İsmayılov avtoqol müəllifi oldu.
Yasamal İSK – Premier (Quba) görüşü ikincilərin təyin olunan vaxtda meydana çıxmaması üzündən keçirilməyib.
“Bakı” TFK EKOL-la matça fəal başladı. Hərçənd 2-ci dəqiqədə Faiq Əliyevin zərbəsi dirəyə dəyib geri qayıtdı. Əvəzində “Bakı” siftəsini qolla tamamladı. Məhəmməd Bədəlbəyli komandasına üstünlük qazandırdı. 7-ci dəqiqədə Tofiq Əliyev Kürdovla duelin qalibi ola bilmədi. Debütant daha sonra Fərid və Vüsalla fərqi artırdı. Yalnız 15-ci dəqiqədə EKOL toparlandı və Reznovun qoruduğu qapıya yol tapdı. Faiqin ardınca Namiq qol vurmaq bacarığını göstərdi. Fasiləyə qədər dubl edən Samir Həmzəyev EKOL-u hesabda önə keçirdi. İkinci hissədə də ssenari qismən təkrarlandı. Əvvəlcə debütant qol vurdu, ardınca EKOL bunun qarşılığını iki qat verdi. Ancaq “Bakı” növbəti dəfə status-kvonu bərpa etməyə imkan tapdı. EKOL qələbə topunu matçın başa çatmasına 17 saniyə qalmış vurdu.
Son oyunda isə “Marafon” böyükhesablı qələbə qazanaraq xal ehtiyatını artırdı.