XƏBƏRLƏR
-
İkinci Liqa, XVII tur: Təyinatlar
İkinci Liqada XVII turun oyunlarına təyinatlar açıqlanıb. Bütün qarşılaşmalar fevralın 23-də “Olimpik Star”da keçiriləcək:
-
İkinci Liqa, XVI tur (fotoreportaj-2)
-
Bu gün Birinci Liqa, XX tur
Bu gün Birinci Liqada XX turun oyunlarına start veriləcək. İki gün davam edəcək turun bütün görüşləri “Olimpik Star”da keçiriləcək.
-
Yüksək Liqa, XV tur (fotoreportaaj-1)
-
XV turun oyunları keçirildi
Bu gün Yüksək Liqada XV turun oyunları keçirildi. “Olimpik Star”da ilk oyuna saat 12:00-da start verildi. Bakıya itkilərlə gələn “Premier” oyunun əvvəlində rəqibin qollarının qarşısını ala bilmədi. Buna rəğmən, Quba futzalçıları status-kvonu bərpa etməyi bacarsa da, Firudin Ağalarov 15-ci dəqiqədə keçmiş komandasını cəzalandırmağa imkan tapdı. İkinci hissə daha məhsuldar alındı. Qələbəni isə “Xızı Futzal” qazandı. Onu da qeyd edək ki, Qulu Rzayevin matçın başa çatmasına 3 saniyə qalmış vurduğu qol “Xızı Futzal”ı qapısından buraxdığı 100-cü top oldu.
“Tələbələr”lə “Neftçi”nin dueli təcrübəlilərin qələbəsi ilə başa çatdı. Birinci hissənin sonunda “Neftçi” azlıqda qalmasına rəğmən, 2 dəqiqə ərzində qapısından top buraxmadı.
Turun mərkəzi oyununda lider “Araz” ən yaxın izləyicisi olan “Marafon”la qarşılaşdı. Oyun gözlənildiyi kimi gərgin keçdi. İlk 10 dəqiqədə nominal meydan sahiblərinin iki təhlükəli zərbəsini Rövşən Hüseynli zərərsizləşdirdi. Elə Ramin Həsənzadə də bekar qalmamışdı. 10-cu dəqiqədə Xətai Bağırov hesabı açmağa yaxın oldu. Bağırov 17-ci dəqiqədə əks-hücum zamanı da əlverişli imkandan istifadə edə bilmədi. Mohsen Mohammadzadehin səhvindən sonra topa sahib çıxan “Araz”dan Amirin zərbəsi qapı çatına tuş gəldi. Birinci hissənin son saniyələrində İlkin Hacıyevin zərbəsində cüzi dəqiqlik çatmadı. 21-ci dəqiqədə isə İsa Atayev qapı dirəyini nişan almaqla rəqibini həyəcanlandırdı. Shahab Shahnazian isə qapıçı ilə duel zamanı “çərçivə”yə düşə bilmədi. 25-ci dəqiqədə “Marafon” meydanda azlıqda qaldı. Bundan istifadə edən “Araz”dan İsanın zərbəsi qarşısıalınmaz oldu. Oyun bərpa olunsa da, baş məşqçi Elşad Quliyevin texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılması görüşün yarımçıq dayandırılmasına səbəb oldu. Belə ki, oyunun 26:09 dəqiqəsində referilər “Marafon” komandasının hakimin qərarına etiraz edərək meydanı tərk etdiyini əsas gətirərək görüşü dayandırdı. Halbuki hakim görüşün dayandırıldığını bildirən fiti səsləndirən zaman meydanda “Marafon”un yetərsay qədər oyunçusu var idi. Sonrakı dəqiqədə “Marafon” oyunu davam etdirmək istəsə də, "Araz" hakimlərin matçı bitirdiyini əsas gətirərək meydana geri dönməkdən imtina etdi. Məsələ ilə bağlı İntizam Komitəsi qərar verəcək. Hakimlər oyunun dayandırılması ilə bağlı qərar verən zaman vəziyyəti düzgün qiymətləndirmədiklərini protokolda da qeyd ediblər.
“Baku Fire” isə birinci hissədə müqavimət göstərsə də, ikinci hissədə EKOL-un fərqi artırmasına mane ola bilmədi. Nəticədə “yaşıllar” böyükhesablı qələbə sayəsində xal hesabını artırdılar. Əsgər Abasovun vurduğu top isə komandasının mövsümdəki 90-cı qolu oldu.
Autsayderlərin duelini isə “Record club” qazandı. "Yasamal" İSk-nın əzmkarlığı hesab arasındakı fərqi minimuma endirməyə kifayət etdi.
-
Oyun başa çatmayıb
-
İkinci Liqa, XVI tur (fotoreportaj-1)
-
Bu gün Yüksək Liqa, XV tur
Bu gün Yüksək Liqada XV turun oyunları keçiriləcək. Qış fasiləsindən sonra keçiriləcək ilk tura saat 12:00-da start veriləcək və 5 oyun keçiriləcək. Lider “Araz”la ən yaxın izləyicisi “Marafon” isə saat 16:00-da üz-üzə gələcək. Turun son matçının start fiti isə saat 20:00-da səsləndiriləcək.
Bütün oyunlar “Olimpik Star”da keçiriləcək.