...

Son 5 AÇ-də kim, neçə xal toplayıb?


AÇ-2022-nin final mərhələsində iştirak edəcək 16 komandadan dördü – Finlandiya, Bosniya və Herseqovina, Slovakiya və Gürcüstan debütantdır. Qalan 12 milli müxtəlif illərdə qitə birinciliyinin final mərhələsində iştirak edib. Təbii ki, ən çox çempionluq sevincini isə İspaniya millisi yaşayıb – 7 dəfə. İtaliya 2, Rusiya və Portuqaliya hərəyə bir dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb. Milli komandamız AÇ-nin final mərhələsində 2010-cu ildən iştirak etməyə başlayıb. Biz də həmin qitə birinciliyindən başlayaraq son beş AÇ-nin final mərhələsində iştirak etmiş komandaların qazandıqları xalları hesabladıq və buna uyğun bir turnir cədvəli düzəltdik. Millimiz indiyə qədər final mərhələsində 15 oyun keçirib. Bu matçların 6-da qələbə qazanan komandamız 18 xal toplayıb. Serbiya da millimiz qədər xal toplayıb, lakin onlar 2 oyun az keçirib. Siyahıya isə İspaniya başçılıq edir. Bu komanda son 5 qitə birinciliyində digər komandalardan daha çox oyun keçirib. Daha doğrusu, bütün mərhələlərdə iştirak edib.

  

Komanda

Oyun

Xal

1

İspaniya

25

65

2

Rusiya

23

41

3

Portuqaliya

21

38

4

İtaliya

18

35

5-6

Serbiya

13

18

5-6

Azərbaycan

13

18

7-8

Qazaxıstan

10

16

7-8

Ukrayna

14

16

9

Xorvatiya

10

12

10

Sloveniya

12

7

11

Polşa

2

1

12

Niderland

2

0