XƏBƏRLƏR
-
Millinin oyunlarının başlama vaxtı açıqlanıb
DÇ-2020-nin elit-raundunda mübarizə aparacaq Azərbaycan millisinin oyunlarının keçiriləcəyi tarix və başlama saatı açıqlanıb. Bütün matçlar Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək. İlk matçda meydan sahibləri ilə üz-üzə gələcək komandamız daha sonra Rusiya və Slovakiya ilə münasibətlərinə aydınlıq gətirəcək. C qrupunun oyunlarının təqvimini və matçların başlama saatlarını diqqətinizə çatdırırıq:
-
Beş oyun keçirilib
Bu gün Birinci Liqada XV tura start verilib. Olimpik Starda keçirilən oyunların nəticəsini diqqətinizə çatdırırıq:
-
Yüksək Liqa: XI turun icmalı (video)
-
Beynəlxalq oyunlarda ədalət təmsilçimiz Hikmət Qafarlı olacaq
2020-ci ildə ölkəmizi beynəlxalq oyunlarda təmsil edəcək FIFA referilərinin siyahısı açıqlanıb. Futzal matçlarında Azərbaycanın ədalət təmsilçisi Hikmət Qafarlı olacaq.
-
Təxirə salınmış oyunun keçirilmə tarixi
Yüksək Liqada IV turdan təxirə salınmış oyun keçiriləcək. “Baku Fire” və “Marafon” arasında görüş dekabrın 16-da, saat 14:00-da Bakı İdman Sarayında baş tutacaq.
-
Bu gün: Birinci Liqa, XV tur, 5 oyun
Bu gün Birinci Liqada XV tura start veriləcək. Oyunlar Olimpik Starda keçiriləcək.
-
Yüksək Liqa, XII tur: Oyun cədvəli
Yüksək Liqada XII turun oyun cədvəli açıqlanıb.
-
“Marafon”dan növbəti revanş
Bu gün Yüksək Liqada XI turun oyunları keçirildi. Debütantların oyununda hesabı nominal qonaqlar açsa da, çempionatın bombardiri status-kvonu bərpa etdi. Ağalarov sonrakı dəqiqədə komandasına üstünlük qazandır, amma “Record club”un kapitanı “gəmini” xilas etməyi bacardı. Fasiləyə qədər dubl edən Ansari komandasını hesabda önə keçirdi.
İkinci hissənin əvvəlində Quba futzalçıları azı iki epizodda rəqib torunu silkələməyə yaxın olsa da, fürsəti düzgün dəyərləndirə bilmədi. “Vurmayana vurarlar” prinsipi bu dəfə “Record club”un işinə yaradı. Matin dubl etdi. Ansari də hesabındakı qolların sayını artırdı. Sona 28 saniyə qalmış 2 top fərqi ilə üstün olan “Record club”un 3 xalı qazanacağı gözlənilsə də, “Premier” ehtimalları alt-üst etdi. Əyalət təmsilçisi iki qol vurmaqla xalları yarı böldü.
Turun mərkəzi oyununa EKOL itkilərlə çıxmışdı. Mehdi Panahandə və Ələsgər Ələsgərlinin adı protokola daxil edilsə də, hər iki futzalçının meydana çıxmayacağı dəqiq idi. Oyunda ilk təhlükəli vəziyyəti EKOL yaratdı. Samir Həmzəyevin zərbəsi hədəfdən yayındı. “Marafon” 11-ci dəqiqədə hesabı açmağa yaxın oldu. Tofiq Mikayılovun ötürməsini Dovqan tora qovuşdura bilmədi. Buna rəğmən, 17-ci dəqiqədə təcrübəli Borisov hədəfi dəqiq nişan aldı. 30 saniyə sonra Seymur Məmmədov da rəqibin səhvindən sonra topu ələ keçirdi, amma dəqiq zərbə endirə bilmədi.
İkinci hissəyə nominal meydan sahibləri qolla başladı. Dovqan fərqi artırmaqla bərabər, yeni komandasında da ilk qolunu vurdu. 30-cu dəqiqədə “Marafon” meydanda azlıqda qaldı. Seymur Məmmədovun birbaşa qırmızı vərəqə alması EKOL üçün fərqi azaltmaq baxımından böyük imkan olsa da, “yaşıllar” bundan istifadə edə bilmədi. Sona 3 dəqiqə qalmış Dovqan dublnu rəsmiləşdirməklə komandasının üstünlüyünü 3 topa çatdırdı. Yekunda qələbə qazanan “Marafon” növbəti revanşını (birinci dövrədəki məğlubiyyətin) almış oldu.
Növbəti oyunda “Xızı Futzal” “Baku Fire” komandaları üz-üzə gəldi. Renat Sultanovun yoxluğuna rəğmən, nominal qonaqlar ardıcıl qollarla fasiləyə qalib yollandı. İkinci hissədə “Xızı Futzal” rəqibindən daha çox qol vursa da, minimalhesablı yenilgidən qaça bilməyib.
Lider isə böyükhesablı qələbə ilə xal ehtiyatını artırıb. Fasiləyə qədər 5 cavabsız top vuran Alesionun yetirmələri ikinci hissədə də üstünlüyünü davam etdirib.
Tura “Neftçi” İK və “Yasamal” İSK dueli ilə yekun vuruldu. “Neftçi” 3-cü dəqiqədə hesabı açdı. Fasiləyə 9 saniyə qalmış “Yasamal” İSK tablodakı rəqəmləri eyniləşdirdi. 25-ci dəqiqədə Emil Həsənzadə 6 metrlik zərbəni qolla tamamlaya bilmədi. Namaz İsmayılov toru geri qaytarmaqla komandasını ruhdan düşməyə qoymadı. 27-ci dəqiqədə Vahib Xocayevin zərbəsi dirəyə tuş gəldi. “Neftçi” rəqibin müqavimətini növbəti dəfə 28-ci dəqiqədə qırdı. Bu dəfə Kənan Manafov fərqləndi. Bu oyunda vurulan sonuncu qol oldu.