XƏBƏRLƏR
-
EKOL və “Advokat” finalda
Bu gün ölkə kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. İlk oyunda isə “Neftçi” və EKOL komandaları qarşılaşıb. Cəza üzündən çempionat oyunlarında iştirak etməyən Rüfət Balakişiyev bu dəfə komandasına kömək edirdi. Oyunda hesabı nominal meydan sahibləri açdı. Oruc Baxşəlizadə toru silkələdi. Hissənin sonuna 2 dəqiqə qalmış EKOL status-kvonu bərpa etdi. Radik Əhmədovun zərbəsi tora daxil oldu. Fasiləyə 20 saniyə qalmış isə Əsgər Abasov komandasını hesabda önə keçirdi.
İkinci hissədə də EKOL fərqi artırdı və inamlı qələbə sayəsində finala vəsiqə qazandı. Günün ikinci oyununda “Advokat” - “Xəzər Cənub” oyunu ikincilərin təyin olunmuş vaxtda meydana çıxmadığına görə, “Advokat” finala adlayıb.
Həlledici oyun mayın 23-də keçiriləcək.
-
İntizam Komitəsinin qərarları
-
Finalçılar bu gün müəyyənləşəcək
Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları bu gün keçiriləcək. Əzəli rəqiblərin dueli ilə start veriləcək mərhələyə. Final oyunu isə mayın 23-də, saat 14:30-da Bakı İdman Sarayında keçiriləcək.
-
YL, final: Araz - Xəzər Cənub (fotoreportaj)
-
“Baku Fire” Yüksək Liqaya qoşulacaqmı?
Birinci Liqada 2018-2019-cu il mövsümünün qalibi olan “Baku Fire” ilk dəfə bu mükafatı əldə edib. Son turun oyunundan sonra Bakı İdman Sarayında komandalara mükafatlar təqdim olundu. Təbii ki, indi bütün diqqətlər Birinci Liqanın qalibinə yönəlib. Niyə? Maraqlıdır, bu komanda yeni mövsümə hansı liqada başlayacaq? Elə mükafatlandırma mərasimində iştiral edən klubun prezidenti və fəxri prezidenti, həm də baş məşqçisindən bu suala aydınnlıq gətirməsinə çalışdıq.
-
Mükafatlar təqdim edilib (fotoreportaj)
Birinci Liqada 2018-2019-cu il mövsümünə yekun vurulub. Mövsümü məğlubiyyətsiz başa vuran və cəmi bir görüşdə heç-heçə etməklə xal itirən “Baku Fire” liqanın qalibi olub. Gümüş və bürünc medallar müvafiq olaraq ADBTİA və “Standard” komandalarına təqdim olunub.
-
Gümüş ADBTİA, bürünc “Standard”ın oldu
Bu gün keçirilmiş 3 oyunla Birinci Liqada mövsümə yekun vuruldu. “Yasamal” MFK Baku-B təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-un hesabına daha 3 xal yazılıb. “Zəngilan” isə “Green Log”la bacarmayıb. Qələbə “Green Log”a mövsümü 4-cü pillədə başa vurmağa imkan verib. Turun əsas oyunu isə “Standard”la ADBTİA arasında keçirilib. Bu matça qədər ikinci pillədə qərarlaşan “Standard” gümüş medala sahib olmaq üçün uduzmamalı idi. ADBTİA fasiləyə 2 top üstünlüyü ilə yollanıb. İkinci hissədə də üstünlüyü əldən verməyən “idmançılar” qələbə qazanıb. Nəticədə ADBTİA gümüş medallara sahib çıxıb. Bürünc isə “Standard”a qismət olub. Son oyunda qələbə qazanmış “Baku Fire” isə ilk dəfə Birinci Liqanı zirvədə başa vurub.
-
İkinci Liqa, XXXVII tur: Təyinatlar
İkinci Liqada XXXVII turun oyunlarına təyinatlar açıqlanıb. Turun 9 oyunu mayın 19-da, bir qarşılaşması isə mayın 22-də keçiriləcək. Söhbət “Advokat” – “Avanqard” oyunundan gedir. Birincilər ölkə kubokunun yarımfinalında iştirak edəcəyini nəzərə alıb və liqadakı matçı 3 gün sonraya – mayın 22-nə təyin edilib. Həmin gün XXIV turdan təxirə salınmış “Obolon” – “STAR karqo” matçı da baş tutacaq. Bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək: