XƏBƏRLƏR
-
Millinin hücumçusu Tayland klubuna keçir
-
YL, III yer uğrunda oyun: EKOL - Neftçi (fotoreportaj)
-
Azərbaycan kuboku, ½ final: Təyinatlar
Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyun cədvəli və təyinatlar açıqlanıb.
-
Son turun iki oyunu keçirilib
Bu gün Birinci Liqada sonuncu – XXX turun 3 oyunu keçirilib. Daha doğrusu, Baku Fans – AzMİU oyunu birincilərin oyuna gəlməməsi üzündən baş tutmayıb. Günün ilk qarşılaşmasında Füzuli qələbə qazanıb. Digər qarşılaşmada isə qələbəni “Abşeron” bayram edib.
-
Mükafatlandırma mərasimi keçirilib (fotoreportaj)
Bu gün Bakı İdman Sarayında futzal üzrə Yüksək Liqanın 2018-2019-cu il mövsümünün final oyunu keçirilib.
-
"Araz” çempion!
Final oyununa komandalar fərqli vəziyyətdə çıxmışdı. Daha doğrusu, “Araz” tam heyətlə mübarizəyə hazır olduğu məqamda “Xəzər Cənub” iki əsas oyunçusunun xidmətindən istifadə edə bilmirdi. Söhbət cəza üzündən matçı buraxan İsaq Surqalıdan və Behzad Şeblidən gedir.
CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanan matçda fasiləyə qədər hər iki komandanın hesabı açmaq üçün kifayət qədər imkanı oldu. Hətta bir epizodda Neyməti topu boş qapıya dığırlamaq üçün özündə güc tapmadı. Rövşən Hüseynli də qurtarışları ilə əbəs yerə mövsümün ən yaxşı seçilmədiyini sübut etdi.
Qollar ikinci hissədə vuruldu. Əvvəlcə rəqibin azlıqda qalmasından istifadə edən “Araz” hesabı açdı. Neymətinin qoluna 8 saniyə sonra Şocayi cavab verdi. Oyunun əsas vaxtında qalib müəyyənləşmədiyinə görə, komandalar hər biri 5 dəqiqədən ibarət əlavə iki hissədə mübarizə apardı. Yalnız ikinci əlavə vaxtın sonlarına yaxın “Araz” ardıcıl iki qol vurmaqla çempionluğu aktivinə yazdırdı. Əvvəlcə İsa Atayev qarşısıalınmaz zərbə ilə “doqquzluq”u nişan aldı. Ardınca Fərzəliyev boş qapıya düşməklə məsələni həll etdi. Nihad isə oyunda son nöqtəni qoydu. Beləliklə “Araz” 14-cü dəfə ölkə çempionu oldu.
Üçüncü yer uğrunda oyunda “Neftçi”ni 4:2 hesabı ilə məğlub edən EKOL bürünc medal qazanıb.
-
Bürünc EKOL-un oldu
Bu gün Yüksək Liqada üçüncü yer uğrunda oyun keçirildi. Əzəli rəqiblər bu dəfə bürüncün taleyinə aydınlıq gətirdi. EKOL-da cəzası başa çatmış Emin Kürdovla Fərid Ələkbərov meydana döndüyü halda, Ramiz Çovdarov matçı yenə tribunadan izləyirdi. Oyunöncəsi “Neftçi” də vəziyyət çox acınacaqlı idi. Kapitan Rüfət Balakişiyevin cəzası davam etdiyi bir məqamda Vitali Borisovla Elnur Zamanov zədə üzündən komanda yoldaşlarına kömək edə bilmirdi. Düzdü, Salar Şahnazinin cəzasını başa çatmışdı, amma itkilər daha ağır idi.
Oyunda hesabı EKOL açdı. Namiq Məmmədkərimov hesabındakı qolların sayını artırdı. “Neftçi”nin cavabı da gecikmədi. Di gəl, 10-cü dəqiqədə müdafiədəki “hədiyyə” bərabərliyin yenidən EKOL-un lehinə dəyişməsinə şərait yaratdı. Bu dəfə də Məmmədkərimov adını tabloya yazdırdı. Sonrakı dəqiqələrdə EKOL daha çox qol vurdu və fasiləyə 2 top fərqi ilə üstün yollandı.
İkinci hissədə qapılara qol vurulmadı və 4:2 hesabı ilə qələbə qazanan EKOL Yüksək Liqanın bürünc medallarını qazandı.
-
İkinci Liqa, XXXVII tur: Oyun cədvəli
İkinci Liqada XXXVII turun oyun cədvəli açıqlanıb. Turun 9 oyunu mayın 19-da, bir qarşılaşması isə mayın 22-də keçiriləcək. Söhbət “Advokat” – “Avanqard” oyunundan gedir. Birincilər ölkə kubokunun yarımfinalında iştirak edəcəyini nəzərə alıb və liqadakı matçı 3 gün sonraya – mayın 22-nə təyin edilib. Həmin gün XXIV turdan təxirə salınmış “Obolon” – “STAR karqo” matçı da baş tutacaq. Bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək: