XƏBƏRLƏR
-
YL: "Araz" - "Yasamal" İSK (fotoreportaj)
-
“Xəzər Cənub” EKOL-u “zirvə”dən endirdi
Bu gün Yüksək Liqada XVII turun oyunları keçirildi. İlk oyun gözlənildiyi kimi son çempionun böyükhesablı qələbəsi ilə başa çatdı. Amma qış fasiləsində heyətini gücləndirən “Yasamal” İSK təcrübəli rəqibinə müəyyən məqamlarda müqavimət göstərməyi bacardı. Turun mərkəzi oyununda isə qış fasiləsindən sonra ilk dəfə meydana çıxan EKOL və “Xəzər Cənub” üz-üzə gəlib. Daha təhlükəli hücumlar quran “Xəzər Cənub”dan Səcəd Nəsihi əvvəlcə tiri nişan alsa da, 4-cü dəqiqədə toru silkələməyi bacardı. Yeri gəlmişkən, Emin Kürdov zədəli olduğuna görə qapını İntiqam Babayev qoruyurdu. EKOL 17-ci dəqiqədə hesaba tarazlıq gətirdi. Əsgər Abasov rəqib qapısına yol tapdı. Komandalar fasiləyə bu hesabla yollandılar.
İkinci hissədə sükutu Amir Şocayi pozdu. İranlı hücumçunun zərbəsi dəqiq oldu və komandasını hesabda önə keçirdi. Bu qol sanki oyunda dönüş nöqtəsi oldu. Debütant daha 3 qol vurmaqla qələbəni təmin etdi, EKOL-u isə liderlikdən endirdi. Yeri gəlmişkən, qış fasiləsindən sonra turnir cədvəlinin ilk “3-lüy”ündə yer alan komandalarla qarşılaşan “Xəzər Cənub” iki qələbə qazanıb, “Araz”la isə xalları yarı bölüb.
Turun son oyunu “Neftçi”nin qələbəsi ilə yadda qaldı. Nəticədə Hacıbala Abdullazadənin yetirmələri ikinci pilləyə yüksəldi.
-
Bu gün XVII turun oyunları keçiriləcək
Bu gün Bakı İdman Sarayında Yüksək Liqanın XVII turunun oyunları keçiriləcək. Təbii ki, turun mərkəzi oyunu Xəzər Cənub və EKOL komandası arasında baş tutacaq. Tura isə son çempionun iştirakı ilə start veriləcək:
-
İkinci Liqada 5 cəzalı
Həftəsonu keçiriləcək İkinci Liqada cəzalı futzalçıların siyahısı müəyyənləşib. Daha doğrusu, sarı vərəqə limitini doldurduğuna görə komandasına kömək edə bilməyəcək oyunçular dəqiqləşib. Beş belə futzalçı var ki, onlar 3 klubu təmsil edirlər. “Bədr FK Xocalı” və “Baker Tilly” hərəyə iki oyunçusunun xidmətindən istifadə edə bilməyəcək. Neymət Manafov isə liderə kömək edə bilməyəcək.
-
Onlar oynamayacaqlar
Birinci Liqada keçiriləcək XVII turun oyunlarını iki futzalçı buraxacaq. “Ulduz”dan Babək Mirzəyevin, “Baku Fans”dan isə Saleh Əzizovun passivində 4 sarı vərəqə var. Bu, hər iki futzalçının cəzalı duruma düşdüyünü göstərir.
-
İkinci Liqa, XXI tur: Təyinatlar
İkinci Liqada XXI turun fevralın 10-da Bakı İdman Sarayında keçiriləcək oyunlarına təyinatlar açıqlanıb:
-
Araz - Xəzər Cənub oyunundan maraqlı anlar (video)
-
“Neftçi” iranlı legionerini oynada bilməyəcək
Yüksək Liqada XVII tur çərçivəsində keçiriləcək turu bir futzalçı buraxacaq. Belə ki, “Neftçi” İK “Liman”la oyunda iranlı legioneri Məhəmməd Katebinin xidmətindən yararlana bilməyəcək. “Xəzər Cənub”la oyunda sarı vərəqə alan Katebi cəzalı duruma düşüb.