XƏBƏRLƏR
-
“Baku Fire” Yüksək Liqaya qoşulacaqmı?
Birinci Liqada 2018-2019-cu il mövsümünün qalibi olan “Baku Fire” ilk dəfə bu mükafatı əldə edib. Son turun oyunundan sonra Bakı İdman Sarayında komandalara mükafatlar təqdim olundu. Təbii ki, indi bütün diqqətlər Birinci Liqanın qalibinə yönəlib. Niyə? Maraqlıdır, bu komanda yeni mövsümə hansı liqada başlayacaq? Elə mükafatlandırma mərasimində iştiral edən klubun prezidenti və fəxri prezidenti, həm də baş məşqçisindən bu suala aydınnlıq gətirməsinə çalışdıq.
-
Mükafatlar təqdim edilib (fotoreportaj)
Birinci Liqada 2018-2019-cu il mövsümünə yekun vurulub. Mövsümü məğlubiyyətsiz başa vuran və cəmi bir görüşdə heç-heçə etməklə xal itirən “Baku Fire” liqanın qalibi olub. Gümüş və bürünc medallar müvafiq olaraq ADBTİA və “Standard” komandalarına təqdim olunub.
-
Gümüş ADBTİA, bürünc “Standard”ın oldu
Bu gün keçirilmiş 3 oyunla Birinci Liqada mövsümə yekun vuruldu. “Yasamal” MFK Baku-B təyin olunan vaxtda meydana çıxmadığına görə, U-19-un hesabına daha 3 xal yazılıb. “Zəngilan” isə “Green Log”la bacarmayıb. Qələbə “Green Log”a mövsümü 4-cü pillədə başa vurmağa imkan verib. Turun əsas oyunu isə “Standard”la ADBTİA arasında keçirilib. Bu matça qədər ikinci pillədə qərarlaşan “Standard” gümüş medala sahib olmaq üçün uduzmamalı idi. ADBTİA fasiləyə 2 top üstünlüyü ilə yollanıb. İkinci hissədə də üstünlüyü əldən verməyən “idmançılar” qələbə qazanıb. Nəticədə ADBTİA gümüş medallara sahib çıxıb. Bürünc isə “Standard”a qismət olub. Son oyunda qələbə qazanmış “Baku Fire” isə ilk dəfə Birinci Liqanı zirvədə başa vurub.
-
İkinci Liqa, XXXVII tur: Təyinatlar
İkinci Liqada XXXVII turun oyunlarına təyinatlar açıqlanıb. Turun 9 oyunu mayın 19-da, bir qarşılaşması isə mayın 22-də keçiriləcək. Söhbət “Advokat” – “Avanqard” oyunundan gedir. Birincilər ölkə kubokunun yarımfinalında iştirak edəcəyini nəzərə alıb və liqadakı matçı 3 gün sonraya – mayın 22-nə təyin edilib. Həmin gün XXIV turdan təxirə salınmış “Obolon” – “STAR karqo” matçı da baş tutacaq. Bütün oyunlar Bakı İdman Sarayında keçiriləcək:
-
Millinin hücumçusu Tayland klubuna keçir
-
YL, III yer uğrunda oyun: EKOL - Neftçi (fotoreportaj)
-
Azərbaycan kuboku, ½ final: Təyinatlar
Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyun cədvəli və təyinatlar açıqlanıb.
-
Son turun iki oyunu keçirilib
Bu gün Birinci Liqada sonuncu – XXX turun 3 oyunu keçirilib. Daha doğrusu, Baku Fans – AzMİU oyunu birincilərin oyuna gəlməməsi üzündən baş tutmayıb. Günün ilk qarşılaşmasında Füzuli qələbə qazanıb. Digər qarşılaşmada isə qələbəni “Abşeron” bayram edib.