XƏBƏRLƏR
-
Dörd ölkə 2 klubla təmsil olunacaq
Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Komandalar milli assosiasiyaların reytinq cədvəlindəki mövqeyinə əsasən qruplara bölünəcək. Reytinq cədvəlində ilk 3 pilləni tutan ölkələr yarışda 2 klubla təmsil olunacaqlar. Əgər son qalib ilk 3 pillədəki ölkələrdən birinin təmsilçisi olarsa, o zaman reytinqdə dördüncü olan ölkə yarışda 2 komanda ilə təmsil olunacaq. Son qalib isə Portuqaliyanın “Sportinq” klubu olub. Buna görə də yeni mövsümdə Rusiya, İspaniya, Portuqaliya və Qazaxıstanın iki klubu qalib adı uğrunda yarışacaq. Azərbaycan isə reytinq cədvəlində 6-cı pillədə qərarlaşıb və ölkəmizi turnirdə son çempion “Araz” təmsil edəcək.
-
Statistika həvəskarları üçün
Klublarımızın futzal üzrə UEFA kubokundakı macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır və “Araz” ötən mövsümün iştirakçısı olub. Bu liqanın yeni mövsümündə də ölkəmizi “Araz” təmsil edəcək.
Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq:
-
Statistika həvəskarları üçün: Birinci Liqa kim neçə qol vurub?
Birinci Liqada başa çatan mövsümdə kim neçə qol vurub?
-
İkinci Liqa: XXXVIII tur (fotoreportaj-2)
-
İntizam Komitəsinin qərarları
-
Statistika həvəskarları üçün: YL-da kim neçə qol vurub?
Yüksək Liqanın başa çatan 2018-2019-cu il mövsümündə kimin neçə qol vurduğunu bilmək istəyirsiniz?
-
İkinci Liqa: XXXVIII tur (fotoreportaj-1)
-
Bayramınız mübarək!
Azərbaycan Futzal Federasiyasının rəhbərliyi 28 May – Respublika Günü münasibətilə xalqımızı təbrik edir, ölkəmizə sülh və əmin-amanlıq, firavan günlər arzulayır.
Bayramınız mübarək!