XƏBƏRLƏR
-
Azərbaycan kuboku, 1/8 final (fotoreportaj-2)
-
İkinci Liqa, XXV tur: Təyinatlar
İkinci Liqada XXV turun oyunlarına təyinatlar açıqlanıb. Martın 10-da Olimpik Starda keçiriləcək matçları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq: :
-
1/8 final mərhələsinə yekun vurulub
Bu gün keçirilmiş 3 oyunla Azərbaycan kubokunun 1\8 final mərhələsinə yekun vurulub. Günün ilk oyununda İkinci Liqa komandası Yüksək Liqanın autsayderlərindən olan “Liman”ı üstələyib. Onsuz da ehtiyat oyunçusu olmayan “Liman”dan Paşa Tanırverdiyev 35-ci dəiqədə birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda buraxıb.
İkinci oyunda “Neftçi” favorit idi. Elə Yüksək Liqa təmsilçisi ardıcıl 4 qol vurmaqla bunu sübut edib. Ancaq İkinci Liqanın bombardiri Muxtar Həsənovun 14-cü dəqiqədə aşırma zərbə ilə toru silkələməsi hətta rəqibin də alqışına səbəb olub. “Neftçi” ikinci hissədə fərqi artırıb və mərhələ adlayıb. Mərhələnin son oyunu da kifayət qədər gərgin keçib. “Yasamal” MFK hesabı açsa da, “Advokat” 10 metrlik cərimə zərbəsi ilə status-kvonu bərpa edib. Düzdü, Ceyhun Şirinli 2 dəqiqə sonra yenidən belə imkan əldə edib, amma qapıda dayanan Cahandost topu qaytarmağı bacarıb. Ehtimalların əksinə olaraq, yekunda qələbəni “Advokat” qazanıb. Böyükhesablı qələbə “vəkillər”ə mübarizəni davam etdirmək hüququ verib.
-
Birinci Liqa, XXI tur: Təyinatlar
Birinci Liqada XXI turun oyunlarına təyinatlar açıqlanıb. Matçlar Olimpik Starda keçiriləcək.
-
Azərbaycan kuboku, 1/8 final mərhələsi (fotoreportaj-1)
-
U-19-un qapıçısı turu buraxacaq
Həftəsonu Birinci Liqada XXI turun oyunları keçiriləcək. Sarı vərəqə limitini doldurduğuna görə U-19-un əsas qapıçısı Vladislav Reznov komandasına kömək edə bilməyəcək:
-
Bu gün daha 3 oyun keçiriləcək
Azərbaycan kubokunun 1\8 final mərhələsi çərçivəsində bu gün daha 3 oyun keçiriləcək.
-
Növbəti mərhələdə “erkən final”
Bu gün Azərbaycan kubokunun 1/8 final mərhələsinin 5 oyunu keçirildi. İlk qarşılaşmada Yüksək Liqanın iddialı komandası olan “Xəzər Cənub” böyükhesablı qələbə qazandı. İkinci oyun daha maraqlı keçdi. Yüksək Liqanın autsayderi Birinci Liqanın lideri ilə üz-üzə gəldi. Qış fasiləsində heyətini kubokun son qalibi “Marafon Futsal”ın sabiq üzvləri ilə gücləndirən “Baku Fire” hesabı açan tərəf oldu. Teymur Eyvazovun yetirmələri fasiləyə də üstün yollandı. İkinci hissədə fərqi artıran Birinci Liqanın lideri ¼ finala vəsiqə qazanan tərəf oldu. Növbəti dueldə Yüksək və Birinci liqaların “ikinciləri” qarşılaşdılar. “Standard” 6 dəqiqə dözdü. Ardıcıl 2 qol vuran EKOL dərhal topu qapısından çıxardı. Bu, Birinci Liqa təmsilçisinin fasiləyə qədər vurduğu yeganə qol oldu. Yeri gəlmişkən, ikinci hissə hər iki qapıçının qarşılıqlı qollar vurması ilə yadda qaldı. Mərhələni isə təcrübəli EKOL adladı. Son çempion “Araz”la “Green Log” duelində hesabın açılması üçün azarkeşlər 12 dəqiqə gözləməli oldu. İkinci hissəni daha məhsuldar keçirən Alesionun yetirmələri mübarizəni davam etdirmək hüququ qazandı. Yeri gəlmişkən, növbəti mərhələdə “Araz” EKOL-la qarşılaşacaq. Günün son oyununda İkinci Liqanın lideri ilə aşağı pillələrdə yer alan komandalar üz-üzə gəldi. Xüsusilə də birinci hissə daha gərgin keçdi. Lider fasiləyə cəmi 1 top üstünlüklə yollandı. İkinci hissədə sükut uzun müddət pozulmadı. Qarşılıqlı hücumlardan “Obolon” 26-cı dəiqədə öz xeyrinə istifadə edə bildi.