XƏBƏRLƏR
-
UEFA “Araz”ı B-dən A yoluna keçirdi
UEFA bu gün klubların reytinq cədvəlində dəyişiklik edib. Bir müddət əvvəl yeni mövsümə əsas mərhələnin B yolunda başlayacağı haqda yarışın vikipediyasında məlumat yerləşdirilsə də, bu gün rəsmi saytda açıqlanan yeni reytinq cədvəlinə əsasən, təmsilçimizin A yolunda yarışacağı müəyyənləşib. Buna səbəb bəzi ölkələrin çempionlarının reytinq cədvəlində “Araz”dan sonrakı pillələrdə qərarlaşmasıdır. Beləliklə təmsilçimiz reytinq cədvəlində 12.500 xalla 10-cü sırada yer alıb ki, bu da A yolunda mübarizə aparmağa imakn verir. A yolunda bu komandalar çıxış edəcək:
-
İlkin mərhələdə yarışacaq komandalar
UEFA Çempionlar Liqasının ilkin mərhələsində iştirak edəcək klubların adları müəyyənləşib. Ümumilikdə 57 komanda qalib adı uğrunda yarışacaq ki, onlardan 34-ü əsas mərhələyə yüksəlmək uğrunda mübarizə aparacaq. Bu mərhələnin oyunları avqustun 27-dən sentyabrın 1-dək keçiriləcək. Komandalar 9 qrupda yarışacaq. Bəzi qruplarda 3 komanda yer alacaq. Qalib gələcək iştirakçılar əsas mərhələdə onları gözləyən 23 komandaya qoşulacaq.
Qeyd edək ki, təmsilçimiz “Araz” mübarizəyə əsas mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları 8-13 oktyabr tarixlərində keçiriləcək. İlkin və əsas mərhələnin püşkü iyulun 4-də keçiriləcək.
-
“Araz” B yolunda
Xəbər verdiyimi kimi, iyulun 4-də Nyon şəhərində UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq. Təmsilçimiz yenə B yolunda mübarizə aparacaq. Belə ki, son qaliblə bərabər ən yüksək reytinə sahib olan 11, eləcə də 16-dan 19-dək olan klublar A yolunda çıxış edəcək. Bu istiqamətdə çıxış edən komandaların yer aldığı qrupdan 3 komanda Elit raunda yüksələ biləcək. Çünki qrupda 3 yüksək reytinqli klub yer alacaq. Reytinqdə 12-dən 15-ə və 20-dən 22-i və ya 23-ə qədər olan komandalar isə B yolunda qərarlaşacaq. Bu istiqamətdə mübarizə aparacaq komandaların yer aldığı qrupa iki klub ilkin mərhələdən vəsiqə qazanacaq. Ona görə də Elita raunda ancaq qrup qalibi vəsiqə qazanacaq. Onu da qeyd edək ki, bu cür qrupların sayı 4-ə bərabər olacaq. UEFA tədricən klubların hansı yolda mübarizə aparacağını açıqlayır. “Araz” yenə B yolunda yarışacaq. Elit raunda da cəmi 16 komanda vəsiqə qazanacaq.
-
Statistika həvəskarları üçün
Klublarımızın futzal üzrə UEFA kubokundakı macərası 2001-ci ildən başlayır. İlk dəfə qitəmiqyaslı yarışa Turan AİR ayaq açıb. Qrupda keçirdiyi ilk oyunda məğlub olan Elman Ələkbərovun yetirmələri sonrakı iki oyunda qələbəyə sevinib. Maraqlıdır ki, İtaliyada keçirilən qrup oyunlarındakı rəqiblərdən biri ermənilər olub ki, təmsilçimiz onlara futzalın necə oynanıldığını başa salıb. Təmsilçilərimiz arasında ən çox “Araz” bu turnirdə çıxış edib. Elə ən yüksək nəticə də bu komandanın aktivindədi. Belə ki, “Araz” iki dəfə “Dördlər finalı”nın iştirakçısı olub, hər ikisində bürünc medal qazanıb. Yeri gəlmişkən, 2014-cü ildə “Dördlər finalı” Bakıda keçirilib. Onu da qeyd edək ki, UEFA kuboku 2018/2019-cu il mövsümündən etibarən UEFA Çempionlar Liqası adlanır və “Araz” ötən mövsümün iştirakçısı olub. Bu liqanın yeni mövsümündə də ölkəmizi “Araz” təmsil edəcək.
Klublarımızın futzal üzrə UEFA kubokundakı nəticələrini diqqətinizə çatdırırıq:
-
“Transfer pəncərəsi” açılıb
Futzal üzrə Yüksək, Birinci və İkinci liqalarda “transfer pəncərəsi” bu gün açılıb. Komandalar avqustun 31-nə qədər transfer çalışmalarını davam etdirə və yeni oyunçularını qeydiyyatdan keçirə bilərlər.
-
Avrokuboklarda ən məhsuldar oyunçumuz kimdir?
Xəbər verdiyimiz kimi, iyulun 4-də UEFA Çempionlar Liqasının 2019-20-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılacaq. Bəs avrokuboklarda ən çox qol vuran futzalçımız kimdir?
-
Statistika həvəskarları üçün: İkinci Liqada kim neçə qol vurub?
İkinci Liqada mövsüm ərzində 272 oyunçu qol vurmağı bacarıb. Hamıdan çox isə Zakir Kərimov rəqib torunu silkələyib.
-
Namizədlərin sayı 3-ə enib
2022-ci ildə keçiriləcək Avropa çempionatının final oyununu keçirmək istəyən namizəd ölkələrin sayı 3-ə enib. Belə ki, UEFA Fransa, Niderland və Portuqaliyadan bu mötəbər turniri təşkil etməklə bağlı ətraflı təklif kitabı alıb. Bosniya və Herseqovina, Qazaxıstan, Litva və İsveçin namizədliyi dəstəklənməyib. Fransanın Lill və Orchies, Niderlandın Amsterdam və Groningen, Portuqaliyanın isə Lissabon və Porto şəhərləri qitə birinciliyinə evsahibliyi etmək iddiasındadır. Yekun qərar UEFA-nın İcraiyyə Komitəsinin sentyabrın 24-də Sloveniyanın Lyublyana şəhərində keçiriləcək iclasında qəbul ediləcək. İlk dəfə 16 komandanın iştirak edəcəyi final mərhələsi 2022-ci il yanvarın 19-dan fevralın 6-dək keçiriləcək.