XƏBƏRLƏR
-
Joze Alesio Da Silva püşkü dəyərləndirdi
Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının 2019/20-ci il mövsümünün püşkü atılıb. Bu turnirdəki təmsilçimiz əsas mərhələdə “Benfika” (Portuqaliya), “Halle Gooik” (Belçika) və “Xerson” (Ukrayna) klubları ilə Belçikada qarşılaşacaq. Bəs “Araz”ın baş məşqçisi Joze Alesio Da Silva nə düşünür rəqiblər haqda? Baş məşqçinin azfutzal.az-a açıqlamasını diqqətinizə çatdırırıq:
-
“...Mərhələ adlamaq üçün şansımız var”
Bu gün UEFA Çempionar Liqasında əsas mərhələnin püşkü atılıb və təmsilçimiz “Araz”ın rəqibləri müəyyənləşib. Oktyabrın 8-dən 13-dək keçiriləcək mərhələ qarşılaşmalarında təmsilçimiz “Benfika” (Portuqaliya), “Xerson” (Ukrayna) və “Halle Gooik” (Belçika) klubları ilə qarşılaşacaq. Belçikada təşkil ediləcək qrup oyunları ilə bağlı “Araz”ın qapıçısı Rövşən Hüseynli azfutzal.az saytına açıqlama verib:
-
“Araz”ın rəqibləri müəyyənləşib
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ilkin və əsas mərhələsinin püşkü atılıb.
-
İştirakçılar səbətlərə bölünüb
Xəbər verdiyimiz kimi, iyulun 4-də Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılacaq.
Əvvəlcədən də bildirildiyi kimi, 4 ölkə - İspaniya, Portuqaliya, Rusiya və Qazaxıstan hərəyə 2 təmsilçi ilə mübarizə aparacaq. Son qalib “Sportinq” də daxil olmaqla həmin 8 klub yüksək reytinqə malik olduqlarından, onlar əsas mərhələdən yarışa qoşulacaqlar.
-
Hakimlərin təlim-məşq toplanışı (fotoreportaj)
Bu gündən etibarən Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində futzal və çimrəlik futbolu hakimlərinin təlim-məşq toplanışı başlayıb. İyulun 3-dək davam edəcək toplanışdan hazırlanmış fotoreportajı diqqətinizə çatdırırıq:
-
Hakimlərin təlim-məşq toplanışı keçiriləcək
İyulun 1-dən 3-dək Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Təlim-Məşq Mərkəzində futzal və çimrəlik futbolu hakimlərinin təlim-məşq toplanışı keçiriləcək. Hakimlər Komitəsinin təqdim etdiyi toplanış proqramını diqqətinizə çatdırırıq:
-
B yolunda çıxış edəcək 7 iştirakçı
B yolunda yarışacaq 16 komandadan hələlik 7-si məlumdur. Bunlar öz qruplarına evsahiblyi edəcək “Stalitsa Minsk” (Belarus), “Novo Vrijeme Makarska” (Xorvatiya), debütant “Sparta Praqa” (Çexiya), “Uddevalla” (İsveç), eləcə də “Pesaro” (İtaliya), “Record Bielsko-Biala” (Polşa) və “Liburn”dur (Kosovo). Qalan komandalar ilkin mərhələdən vəsiqə qazanacaqlar. İlkin mərhələdə 34 komanda 9 qrupda (əksər qruplarda 4, bəzi qruplarda 3 iştirakçı) yarışacaq. B yolunda ancaq qrup qalibləri mərhələ adlayacaq.
-
Bu komandalar evsahibliyi edəcək
“Araz”ın UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündəki rəqibləri iyulun 4-də keçiriləcək püşkatmada müəyyənləşəcək. Ancaq təmsilçimizin əsas mərhələdəki oyunlarını hansı ölkədə keçirəcəyi təxmini bəllidir.