XƏBƏRLƏR
-
Mərhələnin son oyun günü
Bu gün Olimpik Starda keçiriləcək 9 oyunla Azərbaycan kubokunun 1/32 final mərhələsinə yekun vurulacaq. Günün oyun cədvəlini və qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
-
Azərbaycan kuboku, 1/32 final (fotoreportaj-2)
-
Baku Fire, Dalğa, Mübariz, Təbriz və Hövsan 1/16 finalda
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsində daha 5 oyun keçirildi. Günə “Baku Fire” derbisi ilə start verildi. Birinci Liqanın iddialı komandası böyükhesablı qələbəyə sevindi. Amma “ikincilər”in asan təslim olduğunu demək də düzgün olmazdı. İkinci oyun daha maraqlı alındı. “Baku Fans” erkən qol vursa da, “Dalğa”nın cavabı gecikmədi. Cəmşid Məhərrəmov fasiləyə qədər ardıcıl iki qol vurmaqla komandasına üstünlük qazandırdı. İkinci hissədə qapılara qol vurulmadığından İkinci Liqa təmsilçisi növbəti mərhələyə yüksəldi. Yeni adı ilə ilk oyununa çıxan “Mübariz” FK-nın işi də çətin olmadı. “Təbriz” də “Abşeron”dan üstün olmağı bacardı. Günün son oyununda qələbəni və vəsiqəni “Hövsan” qazandı. Beləliklə Baku Fire, Dalğa, Mübariz, Təbriz və Hövsan 1/16 finaldakı rəqiblərini gözləyirlər.
-
Bu gün daha 5 oyun keçiriləcək
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsində daha 5 oyun keçiriləcək. Görüşlər saat 18:00-dan etibarən Olimpik Starda baş tutacaq.
-
Azərbaycan kuboku: 1/32 final (fotoreportaj-1)
-
Dörd komanda növbəti mərhələdə
Bu gün Azərbaycan kubokunun 1/32 final mərhələsinə start verilib. Əvvəlcədən də xəbər verdiyimiz kimi, Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olub. Mərhələnin ilk iki oyunu gərgin matçlarla yadda qalıb. Fasiləyə qədər rəqib qapısından 2 cavabsız top keçirmiş “Green Log” ikinci hissədə qapısını toxunulmaz saxlaya bilməyib. “Baker Tilly” fərqi minimuma endirsə də, artığına gücü çatmayıb. U-19-da mübarizəni startdaca dayandırıb. “Advokat”la matçın gedişində 2 top fərqi ilə geri düşən Ağatahir Əzimovun yetirmələri status-kvonu bərpa etsə də, sona yaxın məğlubiyyətdən qaça bilməyib. Üçüncü oyun məhsuldarlığı ilə yadda qalıb. “Borçalı” böyükhesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb. Elə ADBTİA da inamlı qələbə qazanıb.
-
Bu gün 4 oyun keçiriləcək
Bu gün ölkə kubokunun 1/32 final mərhələsinə start veriləcək. Olimpik Starda keçiriləcək mərhələ çərçivəsində bu gün 4 oyun baş tutacaq.
-
Rövşən Binnətlinin 60 illik yubileyi qeyd olundu
Azərbaycanın tanınmış idman jurnalisti, hazırda "CBC Sport" telekanalında çalışan Rövşən Binnətlinin 60 illik yubiley mərasimi keçirilib. Bakı Olimpiya Stadionunda keçirilən tədbirdə müxtəlif idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və səbəbkarın döyüş yoldaşları iştirak ediblər.