XƏBƏRLƏR
-
“Neftçi” sabiq “Araz”lıları yoxlayır
-
Oyun cədvəlində dəyişiklik edilib
Azərbaycan kubokunun 1/32 final mərhələsinin oyun cədvəlində dəyişiklik edilib. Green Log - Baker Tilly matçı saat 22:30-da deyil, 18:30-da start götürəcək. U-19 – Advokat və Füzuli - Bədr FK Xocalı görüşlərinin başlama günü və saatı da dəyişdirilib.
-
25-ci kuboku kim qazanacaq?
Həftəsonu futzal üzrə Azərbaycan kubokunda 2018/2019-ci il mövsümünə start veriləcək. Bu dəfə mübarizə 1/32 finaldan başlayacaq. Reqlamentə əsasən Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq. Oyunlar 3 gün ərzində - yanvarın 11-də, 12-də və 13-də Olimpik Starda keçiriləcək. Bu mərhələnin qalibləri daha onra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər.
Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə (1994/95, 1995/96, 2009/10, 2012/13, 2013/14, 2016/17) kuboku başı üzərinə qaldırıb. Araz” 5 dəfə (2004/05, 2005/06, 2006/07, 2007/08, 2008/09) bu mükafata sahib olub.
Digər kubok sahiblərindən EKOL 3 (2010/11, 2011/12, 2015/16), “Avtomobilçi” (1996/97, 1997/98), “Azərneftyanacaq” (1999/00, 2000/01) və “Gömrükçü” (2001/02, 2002/03) hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor” 1998/99, “Turan AİR” 2003/04, “Fənər” FK 2014/15 və “Marafon Futsal” 2017/18 mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.
-
“Hicran” FK adını dəyişdirib
-
“Araz” iranlı futzalçılarla güclənir
Qış fasiləsi zamanı Ramiz Çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran “Araz” güclənmək istiqamətində fəaliyyətini davam etdirir. Klubdan verilən məlumata görə, son çempion 3 iranlı futzalçı ilə anlaşıb. “Yasamal” MFK Baku-dan Sadiq Cavid, “Xəzər Cənub”dan isə Ali Mikaili və Masud Nasirzade fasilədən sonra baş məşqçi Joze Alesio da Silvanın sərəncamında olacaq.
Qeyd edək ki, “Araz” ilk iki dövrədən sonra 27 xal toplayıb və lider EKOL-dan 2 xal geri qalır.
-
Azərbaycan kuboku, 1/32 final: Təyinatlar
Azərbaycan kubokunun 1/32 final mərhələsinin oyunlarına təyinatları diqqətinizə çatdırırıq:
-
"Ulduz"dan ardıcıl qələbələr
Eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Almaniyanın Ştutqart şəhərində təşkil olunmuş Çempionlar Liqası turniri başa çatıb. “Ulduz” turnirdə keçirdiyi son iki oyunda qələbə qazanıb. Təmsilçimiz əvvəlcə Almaniyanın “Hildesheim” komandasını 6:3 hesabı ilə məğlub edib. 17-ci yer uğrunda keçirilmiş oyunda isə Hollandiyanın “Martinistad” klubu ilə görüşən “Ulduz” 3:1 hesabı ilə qalib gəlib.
-
Ad dəyişikliyi
Yüksək Liqada çıxış edən “Yasamal” FK bundan sonra Yasamal MFK Baku adı altında çıxış edəcək. Ad dəyişikliyi ilə bağlı klub rəhbərliyi Azərbaycan Futzal Federasiyasına müraciət ünvanlayıb. AFFA-nın qeydiyyat bazasında da komanda adını dəyişərək Yasamal MFK Baku edib.